8 dekabr 2013 12:55

Nicat Qurbanov: Bundan sonra xal itirmək şansımız yoxdur

Son üç mövsümdə icarə əsasında “Simurq”da forma geyən Nicat Qurbanov komandanın hazırkı durumu və gələcək oyunlar haqqında fikirlərini bölüşüb. Azerisport.az Nicat Qurbanovun müsahibəsini diqqətinizə çatdırır.
 
- Növbəti dəfə “Simurq”un heyətinə icarə əsasında qatıldın. Niyə məhz yenidən “Simurq”u seçdin?
- Buraya gəlməyimin ilk səbəbi “Simurq”da “Neftçi”dən fərqli olaraq heyətə düşmək şansım çoxluğu idi. Həm də artıq bu kollektiv mənim üçün doğmalaşıb. İki ildir ki, “Simurq”un formasını geyirəm. Mövsüm bitdikdən sonra da yenidən buraya qayıtmaq haqqında düşünürdüm. Çünki bura təcrübə qazanmaq baxımından da mənə çox kömək edir. Futbolçu üçün ən əsas amil, oynamaqdır. Şükür ki, hazırda istəyimə çatmışam və “Simurq”un uğurları üçün mübarizə aparıram.
 
- “Simurq”un hazırkı durumu haqqında nə düşünürsən?
- Meydanımızın təmir olunması ilə əlaqədar olaraq, demək olar ki, 14 turu səfərdə keçirdik. Bu oyunlarda çox vacib xallar itirdik. Artıq doğma arenamıza qovuşmuşuq. Düşünürəm ki, bundan sonra daha yaxşı oynayıb müsbət nəticələr qazanacağıq. Azarkeşlərimizin qarşısında oynamağımız bizim üçün ikiqat məsuliyyət yaradacaq. Bundan sonra xal itirmək şansımız yoxdur. Çünki geridə qalan oyunlarda buraxdığımız səhvləri düzəltməliyik. Daha yaxşı oynayıb, nəticə qazanmalıyıq.
 
- “Araz”la oyunda forma geyməsən də, kənardan komandanın bir üzvü olaraq, “Simurq”un məğlub olmasına səbəb nəyi gördün?
- Səbəb deməzdim. Sadəcə bu görüşdə bəxtimiz gətirmədi. Oyuna çox yaxşı başlamışdıq. Hətta hesabda önə çıxmışdıq. Ancaq buraxdığımız qollar oynumuza mənfi təsir elədi. Deyərdim ki, “Araz”ın bəxti gətirdi bu görüşdə. Penaltilər isə bir lotereyadır. Burda da şans bizdən yana olmadı. Meydan amili və kənar müdaxilə də bizə təsir göstərdi. Bu cür bərbad meydanda futbol oynamaq qeyri-mümkündür. Düzdür kubokdan kənar qaldıq. Buna görə də çox məyus olduq. Ancaq bu, futboldur. Hər dəfə istədiyin nəticəni qazana bilməzsən. Artıq bu oyunu unutmalıyıq və unutmuşuq. Bizi qarşıda daha ciddi və çətin oyunlar gözləyir. Bu görüşlər haqqında düşünməliyik. Fikrimizi bu oyunlara yönəldib, qələbə qazanmalıyıq.
 
- Növbəti rəqib “Qəbələ”dir. Bu oyun haqqında nə düşünürsən?
- Yenə qeyd etmək istəyirəm ki, bizim artıq başqa şansımız qalmayıb. Bütün gücümüzü ortaya qoyub yalnız qələbə qazanmaq haqqında düşünürük. Bu görüşə çox ciddi hazırlaşmışıq. Allahın köməkliyi ilə üç xal qazanmaq üçün meydana çıxacağıq. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün qalib gəlməliyik. İtirəcəyimiz hər bir xal, bizi avrokuboklardan uzaqlaşdıra bilər. Fasilədə də səhvlərimiz üzərində işləyib, mövsümün sonunda azarkeşlərimizi və rəhbərliyi sevindirmək istəyirik. Bu, bizim borcumuzdur.
 
- Komandanın gənc üzvü kimi azarkeşlərə nə deyərdin? Sizlər onlara geridə qalan məğlubiyyəti unutdurmaq üçün nə etməlidir?
- Əlbəttə, son oyun ağır keçdi və nəticə heç bir kəsin ürəyincə olmadı. Ancaq azarkeşlərimiz üzülməsin. Onlara bu məğlubiyyəti unutduracağıq. Çempionatın bitməsinə hələ var. Qarşıdakı oyunlarda qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyimizə inanıram. Çünki bu mövsüm onları çox məyus etmişik. Ev oyunlarımızı doğma arenada keçirmədiyimizdən, bizi dəstəkləmək üçün uzun məsafə qət edirdilər. Bundan sonra çalışacağıq ki, gözəl oyunlarla qazandığımız qələbələri onlara həsr eləyək. Onlarda bizi yalnız buraxmasınlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.