8 dekabr 2013 12:33
FIFA qərar verdi: Hindistan Azərbaycanı qabaqladı
17 yaşlı futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, FIFA Azərbaycanın da təşkil etmək istədiyi turnirin Hindistanda keçirilməsinə qərar verib.
Bu turnir Hindistan üçün ilk olacaq. 2017-ci ildə keçiriləcək Dünya Çempionatına Hindistanın 17 yaşlardan ibarət komandası ev sahibi olduğu üçün birbaşa vəsiqə qazanacaq.
Xatırladaq ki, sözügedən turnirə ev sahibliyi etmək üçün Hindistandan başqa, Azərbaycan, İrlandiya, Özbəkistan və CAR da öz namizədliyini irəli sürmüşdü.