8 dekabr 2013 12:21

Tural Axundov: Layiq olduğumuz pilləyə qalxacağıq

Bu mövsüm “Simurq”un transfer etdiyi yerli futbolçular içərisində ən çox seçilənlərdən biri də Tural Axundovdur. Azerisport.az qısa bir zaman ərzində komandaya uyğunlaşan və əsas heyətin dəyişilməz üzvünə çevrilən Tural Axundovun müsahibəsini diqqətinizə çatdırır.
 
- İlk sualım “Simurq”a gəlməyin haqqında olacaq. Necə oldu ki, bu komandanı seçdin?
- Ötən mövsümün sonunda “Rəvan”la müqaviləmin vaxtı bitdi. Mən də keçmiş komandamın rəhbərliyi ilə danışdım və bildirdim ki, getmək istəyirəm. Rəhbərlik əgər yaxşı təklifimin olacağı halda, məni buraxacağını bildirdi. Həmin vaxt iki-üç komandadan dəvət var idi. Mən isə seçimimi “Simurq” üzərində saxladım. Buna görə də peşman deyiləm.
 
- İlk vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkdin. Ancaq hazırda stabil oynayırsan. Hazırkı durumun səni qane edirmi?
- Təbii ki, yeni gələndə məşqçilər məni komandaya uyğunlaşdırmağa çalışdırırdı. Bu səbəbdən ilk turlarda əvəzetmələrdən şans verirdilər. Hazırda isə, şükürlər olsun ki, “Simurq”un oyun üslübuna tam uyğunlaşa bilmişəm və mənə inanıb əsas heyətdə meydana buraxırlar. Məndə öz növbəmdə çalışıram ki, onların inamını doğrulda bilim.  
 
- Artıq 15 tur geridə qalıb. Hazırkı nəticəni “Simurq” üçün necə dəyərləndirirsən?
- Çox təəssüf ki, bir neçə oyunda vacib xallar itirdik. Həmin qarşılaşmalarda istədiyimiz nəticələri qazana bilmədik. Ancaq biz öz gücümüzə inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərib, layiq olduğumuz pilləyə qalxacayıq.
 
- Ölkə kubokunda təəssüf ki, mənfi nəticə oldu. Səncə “Araz”a məğlubiyyətə səbəb nə oldu? Komanda olaraq “Simurq” bu oyundan sonra nədən dərs almalıdır?
- Birinci növbədə meydançanın bərbad vəziyyətdə olmasını qeyd edərdim. Orada futbol oynamaq qeyri-mümkün idi. Əgər bu görüş başqa bir meydanda keçirilsəydi, biz “Araz”ı çox rahatlıqla keçərdik. Artıq bu oyun bizim üçün geridə qaldı. Bütün diqqətimizi çempionata verməliyik ki, rəhbərliyin bizim qarşımıza qoyduğu nəticəni göstərə bilək. Bu oyunda dərs almalı olduğumuz çox şey var idi. “Araz” da zəif komanda deyil. Ancaq hər nə olur olsun, bu oyunda biz qalib gəlməli idik. İnşallah, premyer-liqada qazandığımız nəticə ilə bu məğlubiyyəti unutdurarıq.
 
- Bu görüşdə qırmızı vərəqə aldın. Hakimin bu qərarın necə dəyərləndirirsən?
- İlk sarı vərəqədə görüşün baş hakimi Orxan Məmmədovun qərarı ilə razıyam. Ancaq ikinci ilə yox. Çünki həmin vaxt sarı vərəqə ilə cəzalanmamalıydım.  Hətta oyunu saxlayıb məni cəzalandıranda çox təəccübləndim. Fikrimcə, hakimin o qərarı səhv idi.       
 
- Sizi “Qəbələ” ilə çətin oyun gözləyir. Bu görüş haqqında nə düşünürsən?
- Biz bura yalnız qələbə üçün gəlmişik. Çünki başqa şansımız qalmayıb. İnanıram ki, sonda üç xalı qazanan tərəf biz olacayıq. Özümüzü toparlamaq üçün bu bizim üçün vacib amildir.
 
- Zaqatalaya uyğunlaşmaqda çətinlik çəkmirsən?
- Təbii ki, yox. Zaqatalada Azərbaycanımızın gözəl guşələrindən biridir. Məşqimizi edirik. Boş vaxtlarımızda çıxıb şəhəri gəzirik. Burada bizim üçün hər bir şərait yaradılıb. Bu baxımdan da heç bir çətinlik çəkmirəm.
 
- “Simurq” hazırda çempionatda azarkeşlərilə də, fərqlənir. Komandanın kapitanlarından biri olaraq, onlara nə deyərdin?
- Onlardan istəyimiz budur ki, bizi sona qədər dəstəkləsinlər. Çalışacağıq ki, onları sevindirən nəticələr qazanaq. Qələbələrimizi birlikdə qeyd edək. Komandaya inansınlar. Hər bir nəticədə bizi yalnız buraxmasınlar.
 
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.