8 dekabr 2013 00:15

Topaz Premyer Liqasında zirvə döyüşü

Bu gün Topaz Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bütün qarşılaşmaları eyni gündə baş tutacaq turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
 
Turun açılış matçında isə “Qəbələ” öz meydanında “Simurq”la üz-üzə gələcək. “Simurq” ardıcıl 5 oyundu uduzmadığı rəqiblə yubiley – 20-ci duelə çıxacaq. Zaqatala təmsilçisi bu matçlarda cüzi üstünlüyə malikdi. Belə ki, bu komandanın əvvəlki oyunlarda 7 qələbəsi olduğu halda, "Qəbələ" 6 dəfə 3 xala sevinib. Daha 6 görüşdə isə sülh qeydə alınıb. Topların fərqində də "Qəbələ"nin minimal üstünlüyü diqqət çəkir - 18-17. Çempionluğa iddialı Qəbələ təmsilçisi görüşdən qələbə ilə ayrılarsa, ilk iki pillədən birinə yüksələcək. Zaqatala təmsilçisi üçün Qəbələdə çətin olacaq. Kubok uğrunda mübarizədə "Araz Naxçıvan"a məğlub olan "Simurq" bu oyundan mütləq xalla ayrılmalıdı. Əks təqdirdə komandada islahatların olacağı istisna edilmir. Cütlüyün ilk qarşılaşmasında qolsuz bərabərlik qeydə alınmışdı.
 
Şüvəlanda AZAL “Rəvan”la münasibətlərinə aydınlıq gətirəcək. 10-cu paytaxt derbisi ərəfəsində “Rəvan” qələbə sayında cüzi üstünlüyə malikdi. Bu komanda indiyə qədər 4 qələbə qazandığı halda, "təyyarəçilər" 3 dəfə eyni sevinci yaşayıb. Digər 2 oyunda isə tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər. Top fərqində də "Rəvan"ın minimal üstünlüyü diqqət çəkir - 15:14. Kubokdan əli üzülən "təyyarəçilər" Avropaya çıxmaq üçün bütün gücünü Premyer Liqaya sərf etməlidi. "Rəvan" isə kubok matçında divizion klubu üzərində qələbə qazanaraq özünəinamı bir az da artırdı. Autsayderdən bir pillə yuxarıda qərarlaşan Şahin Diniyevin komandası qələbə sayəsində "Sumqayıt"dan bir az da uzaqlaşmış olacaq. İki komandanın Bayılda baş tutan ilk görüşündə qapılara top vurulmamışdı.
 
Son turlar yüksəlişdə olan “İnter” bu dəfə “Xəzər Lənkəran”la qarşılaşacaq. Bu il baş tutan hər iki oyunda rəqibini məğlub edən paytaxt təmsilçisi artıq 4 matçdı rəqibinə uduzmur. Bakılılar indiyədək keçirilən 25 oyunda da üstünlüyə malikdi. Belə ki, "bankirlər"in əvvəlki oyunlarda 8 qələbəsi var. Cənub təmsilçisi bu uğura cəmi 4 dəfə nail olub. 13 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqində də (26:23) paytaxt klubu öndədi. İlk dövrədə Lənkərandakı görüşdə bir qolla yenilən bölgə klubu Bakıya yeni baş məşqçi ilə gəlir. Belə ki, əgər Lənkəran klubu ilk qarşılaşmada Con Toşakın başçılığı ilə meydana çıxmışdısa, bu dəfə Mustafa Dənizli komandaya başçılıq edəcək. Son turlarda uğurlu çıxış edən Kaxaber Sxadadzenin komandası qələbə qazanarsa, liderlərə bir az da yaxınlaşmış olacaq. Türkiyəli mütəxəssislə ilk çempionat matçına çıxacaq cənub təmsilçisinin hansı nəticəyə nail olacağı maraq doğurur.
 
“Sumqayıt” cəmi bir neçə gün öncə kubokda uduzduğu “Bakı” ilə bu dəfə çempionatda qarşılaşacaq. Paytaxt klubu 6-cı dəfə qarşılaşacağı rəqiblə matçlarda üstünlüyə malikdi. Sumqayıtda baş tutan əvvəlki matçlar eyni – 1:0 hesabı ilə nəticələnib. Ümumiyyətlə bu komandaların 5 oyunundan 4-də bu hesab qeydə alınıb. "Bakı" bu rəqibi üzərində 3 qələbəyə malikdi. Digər görüşlərdən biri heç-heçə ilə bitibsə, 1-də də "Sumqayıt" 3 xala sevinib. Topların fərqində də "Bakı" öndədi - 4:2. Autsayder "Sumqayıt" doğma meydanda qələbə qazanacağı halda bu mövqedən xilas ola bilər. Paytaxt klubunun vəziyyəti isə pis deyil. İlk beşlikdə qərarlaşan Milinko Pantiçin komandası qazanılan qələbə sayəsində mövqeyini gücləndirəcək. İlk qarşılaşmada Bakı təmsilçisi minimal hesablı qələbə qazanmışdı. Bu görüş Aqil Məmmədovun komandası üçün həm də bir neçə gün öncə baş tutan kubok oyunundakı məğlubiyyətin qisasını almaq baxımından əhəmiyyət daşıyır.
 
Turun mərkəzi oyununda “Qarabağ” əsas rəqibi “Neftçi”ni qəbul edəcək. Bütün çempionatların iştirakçısı olan komandalar 54-cü dəfə üz-üzə gələcək. 21 dəfə bərabərliklə kifayətlənən rəqiblərin matçlarında “Neftçi”nin üstünlüyü var. Bu komanda 17, "Qarabağ" 15 qələbəyə malikdi. Bu komandaların son 5 qarşılaşmasında meydan sahibi olan tərəf qalib gələ bilmir. Topların fərqində də "ağ-qaralar" öndədilər - 51:44. Komandaların yerləşdiyi mövqeyi nəzərə alsaq, bu görüşün çox gərgin və maraqlı keçəcəyini demək olar. Liderliyi qorumaq üçün Bakı klubunu sülh də qane edirsə, Ağdam təmsilçisi birinciliyi ələ keçirmək üçün mütləq qələbə qazanmalıdı. Son günlərdə Flavinyonun bağışlanması "Qarabağ" cəbhəsini narahat etsə də, komanda bunu biruzə verməməyə çalışır. Bakı və Ağdam klubunun ilk qarşılaşmasında qolsuz bərabərlik qeydə alınmışdı.
 
Topaz Premyer Liqası
16-cı tur
8 dekabr (bazar)
 
14:00. Qəbələ – Simurq
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu.
 
16:00. AZAL – Rəvan
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı.  “AZAL Arena”.
 
17:00. İnter – Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. “Şəfa” stadionu.
 
17:00. Sumqayıt – Bakı
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
 
18:00. Qarabağ – Neftçi
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
1 Neftçi 15 9 4 2 23 13 +10 31
2 Qarabağ 15 8 6 1 25 8 +17 30
3 Qəbələ 15 9 2 4 22 13 +9 29
4 İnter 15 7 2 6 25 19 +6 23
5 Bakı 15 6 3 6 25 17 +8 21
6 Simurq 15 4 7 4 12 12 0 19
7 AZAL 15 4 6 5 13 18 –5 18
8 XL 15 3 6 6 11 21 –10 15
9 Rəvan 15 1 6 8 8 26 –18 9
10 Sumqayıt 15 1 4 10 7 24 –17 7
 
Bombardirlər:
8 - Vaqif Cavadov (İnter)
6 - Əfran İsmayılov (Bakı)
6 - Mindauqas Kalonas (Bakı)
5- Reynaldo (Qarabağ)
5 - Baçana Sxadadze (İnter)
5 - Bahodir Nasimov (Neftçi)
5 - Nikolas Gelaşvili (Qarabağ)
5 - Leonardo da Silva (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.