8 dekabr 2013 00:07
Branimir Subaşiçli Orduspor 3 xala sevindi
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klublu da növbəti matçına çıxıb.
Ordu təmsilçisi səfərdə “Samsunspor"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Subaşiçin komandasının qələbəsi ilə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Millimizin forvardı meydana start heyətdə çıxıb. Lakin 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 32 xal toplayıb və 1-2-ci pillələri bölüşür.
Türkiyə PTT Birinci Liqası
16-cı tur
7 dekabr
Samsunspor - Orduspor - 0:1
