8 dekabr 2013 11:48
"Neftçi Qarabağ qalib gələcək"
Azərbaycanlı futbol mütəxəssisi Arif Əsədov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının16-cı turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
QƏBƏLƏ - SİMURQ
"Qəbələ" evdə həmişə yaxşı oynayır. Özü də Yuri Syominin komandası çempionluq uğrunda mübarizə apardığına görə mütləq qələbə qazanmalıdı "Simurq" isə kubokdakı uğursuzluqdan sonra mümkündü ki, psixoloji cəhətdən heç də yaxşı vəziyyətdə deyil. Ona görə də, üstünlüyü "Qəbələ"yə verirəm.
AZAL - RƏVAN
Maraqlı oyun olacaq. Şahin Diniyevin gəlişindən sonra "Rəvan" hələ Premyer Liqada qələbə qazanmayıb. Ona görə də bu komandaya qələbə qazanmaq çox lazımdı. AZAL da 10 turdu qələbə qazana bilmir. Kubokdan da uzaqlaşdılar. Komandada psixoloji gərginlik hökm sürür. Fikrimcə, biz bu oyunda heç-heçə görəcəyik.
SUMQAYIT - BAKI
Qonaq komanda daha yaxşı heyətə malikdi. Psixoloji baxımdan da bakılıların vəziyyəti daha yaxşıdı. Eyni zamanda "Bakı"ya liderlərdən aralı düşməmək üçün 3 xal qazanmaq vacibdi. Bu komandanın qalib gələcəyini düşünürəm.
İNTER- XƏZƏR LƏNKƏRAN
"İnter" son oyunlarında xal ehtiyatını yaxşılaşdırmağa başlayıb. Amma XL-da da yeni baş məşqçi var. Buna görə də oyunçularda istək yüksək səviyyədə olacaq. Amma asan oyun olacağını düşünmürəm. Heç-heçə gözləyirəm.
QARABAĞ - NEFTÇİ
Bu, prinsipial rəqiblərin görüşüdü. Oyun planında hər iki komanda çempionatın ən yaxşısıdı. Amma mənə elə gəlir ki, üç xalı "Neftçi" qazanaq.
