8 dekabr 2013 21:11
Milinko Pantiç: Bəxt bu gün bizim tərəfimizdə idi
Topaz Premyer Liqasının 16-cı turunda Sumqayıtda eyniadlı komandanın qonağı olan “Bakı” rəqibini 2-1 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi Milinko Pantiç bu münasibətlə oyunsonrası bunları söyləyib.
“Bugünkü oyunda qələbə qazandıq, lakin meydançanın vəziyyəti yaxşı deyildi. Bu cür hava şəraitində də oynamaq çətindir. Bəxt bu gün bizim tərəfimizdə idi. İlk hissədə külək rəqib qapısına əsirdi, lakin bundan tam yararlana blmədik. İkinci hissədə isə bizə daha çətin oldu. Bir daha yetirmələrimi qələbə ilə təbrik edirəm. Heyətimizə iki sumqayıtlı oyunçu var. Elxan Əhmədov və Vüqar Bəybalayev üçün çətin olsa da, uğurlu çıxış etdilər”.
(PFL)
