8 dekabr 2013 21:05
Sxadadze KİV-ə qadağa qoydu
“İnter”in oyunçularına KİV-lə əlaqələr qadağan edilib. Azerisport.az xəbər verir ki, bu qadağa, komandanın baş məşqçisi Kaxaber Sxadadze tərəfindən qoyulub.
Qeyd edək ki, bu qərar, jurnalistlərin gürcü mütəxəssisin mətbuat konfransını boykot etməsi müqabilində, məşqçinin müvafiq addımı kimi qiymətləndirilə bilər.
