8 dekabr 2013 20:33
Saşa Yunisoğlu darmadağına üzüldü
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor”la Davud Kəriminin heyətində yer aldığı "Fəthiyəspor" klubları da növbəti matçına çıxıb.
Saşanın komandası doğma divarlar arasında qarşılaşdığı Kəriminin klubuna böyük hesabla uduzub.
Saşanın komandası doğma divarlar arasında qarşılaşdığı Kəriminin klubuna böyük hesabla uduzub.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Saşa həmişəki kimi, start heyətdə çıxdığı qarşılaşmanın sonunadək meydanda olub. Kəriminin adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Dənizlispor” hazırda 18 xalla 11-ci pillədə qərarlaşıb. "Fəthiyəspor" isə 9 xalla 18-cidi.
Türkiyə PTT Birinci Liqası, 16-cı tur
8 dekabr
Dənizlispor - Fəthiyəspor - 1:5
