8 dekabr 2013 20:17
Qurban Qurbanov: Açıq futbol oynadıq
Topaz Premyer Liqasının 16-cı turunda “Qarabağ” “Neftçi” ilə qarşılaşdı. Rəqibini 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi turnir cədvəlində yenidən vahid lider oldu. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu münasibətlə oyunsonrası bunları söyləyib.
“Fikrimcə, hamınız komandaların oyunundan razı qaldınız. Yaxşı oyun oldu. “Neftçi” təcrübəli futbolçulardan təşkil olunmuş komandadır. Çoxlu qol epizodunu boşa verdik. Çempionatımızda gərgin mübarizə gedir. Bu cür oyunların olması hamımızın xeyirinədir. İlk oyunda komandalar qapalı oyun göstərmişdi. Bu gün isə hər iki komanda qalib gəlmək istəyirdi, buna görə açıq futbol oynadıq”.
(PFL)
