8 dekabr 2013 20:13
Nazim Süleymanov: Qarabağ yaxşı futbolçulardan təşkil olunub
Topaz Premyer Liqasının 16-cı turunda “Qarabağ” “Neftçi” ilə qarşılaşdı. Rəqibini 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi turnir cədvəlində yenidən vahid lider oldu. Azerisport.az xəbər verir ki, “Flaqman”ın baş məşqçisi Nazim Süleymanov bu münasibətlə oyunsonrası bunları söyləyib.
“Oyun pis alınmadı, hər iki komanda hücumlar təşkil etdi. İlk qolda diqqətsiz oynadıq, rəqib əks-hücumda qapımıza qol vurdu. İkinci qolda da eyni hal təkrarlandı. Üçüncü qolu isə 11 metrlik cərimə zərbəsindən buraxdıq. Qayda pozuntusu olmasa idi, hakim penalti təyin etməzdi. “Qarabağ”ın həm əsas, həm də ehtiyat qüvvəsi yaxşı futbolçulardan təşkil olunub. Ernest Nfor oyuna sonradan daxil olanda daha effektiv olur, bu dəfə də pis alınmadı. Futbolçunun fikri 90 dəqiqə ərzində meydanda olmalıdır. Futbolçu səhv edə bilər, amma nəticəyə təsir edən səhv olmamalıdır”.
(PFL)
