8 dekabr 2013 18:50
Şahin Diniyev: Komandamın heyətində oyunun gedişini dəyişəcək lider futbolçu yoxdur
Topaz Premyer Liqasının 16-cı turunda doğma meydanda “Rəvan”ı qəbul edən AZAL Şəhriyar Rəhimovun son dəqiqələrdə vurduğu iki qolla əzmkar qələbə qazandı (2:1) və qələbəsizlik seriyasına son qoydu. Azerisport.az xəbər verir ki, “Rəvan” klubunun baş məşqçisi Şahin Diniyevi bu münasibətlə oyunsonrası bunları söyləyib.
“AZAL klubunu əzmkar qələbə ilə təbrik edirəm. Öz komandam haqqında heç nə demək istəmirəm. Qələbə istəyi AZAL-da daha çox idi. Qapımıza vurulan birinci qoldan sonra texniki zonanı tərk etmək istəyirdim. Komandanın heyətində oyunun gedişini dəyişəcək lider futbolçu yoxdur”.
(PFL)
