8 dekabr 2013 16:55
Yuri Syomin: Layiqli qələbə qazandıq
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Simurq"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, qəbələlilərin rusiyalı çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Oyun iki fərqli hissədən ibarət idi. İlk hissəni çox pis oynadıq. Fasilədə komandaya iradımı bildirdim. İkinci hissədə isə komandanın oyunu tamam dəyişdi. Hücumlar qurduq, daha aqressiv oynadıq, layiqli qələbə qazandıq. “Simurq” çətin rəqibdi, müdafiədə yaxşı oynayır. Əbəs yerə deyil ki, digər komandalardan daha az top buraxıb. Bu komandaya qol vurmaq çox çətindi”.
