8 dekabr 2013 16:48
Çixradze Qəbələyə məğlubiyyəti şərh etdi
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, zaqatalalıların çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Baxımlı oyun izlədik. İkinci hissənin əvvəlində qapımızda qol gördük. Bundan sonra futbolçularımız təzyiqi artırdı. Rəqib futbolçunun öz qapısına vurduğu qolla olsa belə, hesabı bərabərləşdirdik. Son saniyələrdə buraxdığımız qol isə məğlub olmağımıza səbəb oldu”.
