AZAL üçün tarixi oyun
Topaz Premyer Liqasının 16-cı turunun bu gün keçiriləcək oyunu AZAL üçün əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, 2004-cü ildə yaradılan klub 8 illik tarixində 300-cü yubiley matçına çıxacaq.
“Rəvan”la paytaxt derbisinə qədər 299 oyuna çıxan “təyyarəçilər” bu qarşılaşmaların 245-ni Premyer liqa çərçivəsində keçirib. Bunda başqa, bakılılar I dəstədə 14, Azərbaycan kubokunda 36, avrokuboklarda 4 matçda qüvvəsini sınayıb.
|
Yarış |
Oyun sayı |
Qələbə |
Heç-heçə |
Məğlubiyyət |
T-F |
Xal |
|
Premyer Liqa |
245 |
101 |
74 |
70 |
287-219 |
377 |
|
Kubok |
36 |
14 |
9 |
13 |
42-34 |
51 |
|
I dəstə |
14 |
10 |
3 |
1 |
25-9 |
33 |
|
Avrokubok |
4 |
0 |
2 |
2 |
3-5 |
2 |
|
Cəmi |
299 |
125 |
88 |
86 |
357-267 |
463 |
İlk görüş və 2 yubiley oyununu nəzərə alsaq komanda indiyədək 3 əlamətdar qarşılaşmaya çıxıb. Bu matçlarda AZAL qapısından qol buraxmayıb. Vaxtilə AMMK, “Olimpik” və “Olimpik-Şüvəlan” adlarını da daşıyan paytaxt təmsilçisi ilk iki əlamətdar qarşılaşmasını həmşəhərlilərinə qarşı keçirib. Həmin görüşlər qolsuz heç-heçə ilə nəticələnib.
|
1-ci |
10.10.2004 |
Böyük Vadi (Bakı) - AMMK (Bakı) |
0:0 |
I dəstə |
|
100-cü |
13.04.2008 |
Olimpik (Bakı) - Neftçi (Bakı) |
0:0 |
Premyer Liqa |
|
200-cü |
02.03.2011 |
AZAL (Bakı) - Turan (Tovuz) |
2:0 |
Kubok, 1/4 final |
