8 dekabr 2013 19:49
Qarabağ Neftçini məğlub edib lider oldu, XL-la İnter sülh bağladı (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Günün və turun ilk oyunu Qəbələdə baş tutub. "Qəbələ" doğma azarkeşlər önündə digər bir bölgə təmsilçisi "Simurq"u sınağa çəkib. Son saniyələrdə dubla imza atan Subotiç komandasına çox mühüm qələbə qazandırıb. Şüvəlanda AZAL "Rəvan"ı qəbul edib. Bu görüşün də taleyini dubl həll edib. Hesabı qonaqlar açsa da, Rəhimov son dəqiqələrdə iki qol vuraraq AZAL-a əzmkar qələbə qazandırıb.
"Sumqayıt" öz meydanında "Bakı" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş qonaqların qələbəsiylə bitib. Sumqayıtdakı matçla eyni vaxtda "Şəfa" stadionunda "İnter" "Xəzər Lənkəran"ı qonaq edib. Bu görüşdə hesab açılmayıb. Turun mərkəzi oyunu isə günün sonunda keçirilib. "Qarabağ" mərkəzi arenada "Neftçi"ni sınağa çəkib. Qurban Qurbanovun komandası inamlı qələbə sayəsində liderliyi yenidən ələ keçirib.
Günün və turun ilk oyunu Qəbələdə baş tutub. "Qəbələ" doğma azarkeşlər önündə digər bir bölgə təmsilçisi "Simurq"u sınağa çəkib. Son saniyələrdə dubla imza atan Subotiç komandasına çox mühüm qələbə qazandırıb. Şüvəlanda AZAL "Rəvan"ı qəbul edib. Bu görüşün də taleyini dubl həll edib. Hesabı qonaqlar açsa da, Rəhimov son dəqiqələrdə iki qol vuraraq AZAL-a əzmkar qələbə qazandırıb.
"Sumqayıt" öz meydanında "Bakı" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş qonaqların qələbəsiylə bitib. Sumqayıtdakı matçla eyni vaxtda "Şəfa" stadionunda "İnter" "Xəzər Lənkəran"ı qonaq edib. Bu görüşdə hesab açılmayıb. Turun mərkəzi oyunu isə günün sonunda keçirilib. "Qarabağ" mərkəzi arenada "Neftçi"ni sınağa çəkib. Qurban Qurbanovun komandası inamlı qələbə sayəsində liderliyi yenidən ələ keçirib.
Topaz Premyer Liqası
16-cı tur
8 dekabr
QƏBƏLƏ – SİMURQ - 2:1 (0:0)
Qollar: D.Subotiç, 52 (1:0), A.Quluzadə, 64-öz qapısına (1:1), D.Subotiç, 90+3 (2:1).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev.
Qəbələ şəhər stadionu.
QƏBƏLƏ: 27. David Petrkeviç, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 10. Dodo, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva, 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 5. Sadiq Quliyev, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 22. Assis Rodriqes.
SİMURQ: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 28. Nenad Kiso, 30. Raul Kostin, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 19. Orxan Səfiyaroğlu, 22. Salif Ballo.
AZAL – RƏVAN - 2:1 (0:0)
Qollar: H.Axundov, 50 (0:1), Ş.Rəhimov, 90 (1:1), Ş.Rəhimov, 90+3 (2:1).
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov.
Bakı. “AZAL Arena”.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 18. Samuel Barlay, 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 3. Aleksandr Şemonayev, 6. Natiq Kərimi, 21. Rey Məmmədbəyli, 25. Adil Nağıyev, 28. Emin Cəfərquliyev, 30. Yuri Fomenko.
RƏVAN: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 30. Cəmşid Məhərrəmov, 33. Sohib Savankulov, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 9. Elnur Abdulov, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 23. Kristian Torres, 89. Vüsal Qarayev.
İNTER – XƏZƏR LƏNKƏRAN - 0:0 (0:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
Bakı. “Şəfa” stadionu.
İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov, 14. İlqar Ələkbərov, 20. Brüs Abdulay, 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 13. Mirsahib Abbasov, 18. Mansur Nəhavəndi, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov.
XƏZƏR LƏNKƏRAN: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 18. Tural Cəlilov, 20. Etame Mbilla, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 8. Edu Oriol, 11. Zohair Benuahi, 12. Junior Nildo, 17. Kazım Kazımlı, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov.
SUMQAYIT – BAKI - 1:2 (0:1)
Qollar: M.Alvares, 3 (0:1), M.Kalonas, 50-pen (0:2), M.Alvares, 64-öz qapısına (1:2).
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
SUMQAYIT: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Kərim Diniyev, 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev, 10. Ruslan Qurbanov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzağa Hüseynpur, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 25. Fərid Kərimzadə, 27. Nurlan Novruzov, 92. Bəxtiyar Həsənalızadə.
BAKI: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonzales, 11. Rauf Əliyev (k), 12. Etto, 17. Risto Ristoviç, 20. Mindauqas Kalonas, 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat, 30. Vüqar Bəybalayev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 2. Deyvidas Çesnauski, 8. Cavid Hüseynov, 10. Aleksandar Soliç, 15. Alberto Noquera, 22. Namiq Ələsgərov, 34. Şəhriyar Əliyev.
QARABAĞ – NEFTÇİ - 3:1 (1:0)
Qollar: Reynaldo, 6 (1:0), K.Kardoso, 57 (1:1), Reynaldo, 58 (2:1), Çumbinyo, 74-pen (3:1).
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 41. Corc Leroy, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 23. Tural İsgəndərov, 99. Nikolas Gelaşvili.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 14. Bahodır Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
| 1 | Qarabağ | 16 | 9 | 6 | 1 | 28 | 9 | +19 | 33 |
| 2 | Qəbələ | 16 | 10 | 2 | 4 | 24 | 14 | +10 | 32 |
| 3 | Neftçi | 16 | 9 | 4 | 3 | 24 | 16 | +8 | 31 |
| 4 | İnter | 16 | 7 | 3 | 6 | 25 | 19 | +6 | 24 |
| 5 | Bakı | 16 | 7 | 3 | 6 | 27 | 18 | +9 | 24 |
| 6 | AZAL | 16 | 5 | 6 | 5 | 15 | 19 | –4 | 21 |
| 7 | Simurq | 16 | 4 | 7 | 5 | 13 | 14 | –1 | 19 |
| 8 | XL | 16 | 3 | 7 | 6 | 11 | 21 | –10 | 16 |
| 9 | Rəvan | 16 | 1 | 6 | 9 | 9 | 28 | –19 | 9 |
| 10 | Sumqayıt | 16 | 1 | 4 | 11 | 8 | 26 | –18 | 7 |
Bombardirlər:
8 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ)
6 - Mindauqas Kalonas (Bakı)
6 - Əfran İsmayılov (Bakı)
6 - Daniel Subotiç (Qəbələ)
5 - Baçana Sxadadze (İnter)
5 - Bahodir Nasimov (Neftçi)
5 - Nikolas Gelaşvili (Qarabağ)
5 - Leonardo da Silva (Qəbələ).
