8 dekabr 2013 01:11

Bakı Sumqayıtla oyuna itkilərlə çıxacaq

Bu gün Azərbaycan Topaz Premyer-Liqasının 16-cı turuna start veriləcək. Azerisport.az xəbər verir ki, “Bakı” bu turun oyunları çərçivəsində səfərdə “Sumqayıt”la qarşılaşacaq.
 
Ötən gün isə komanda oyun öncəsi son məşqini keçirib. Saat 11:00-da başlayan hazırlığın əvvəlində futbolçular meydanboyu qaçıblar. İsinmə hərəkətlərini də icra edən baş məşqçi Milinko Pantiçin yetirmələri ardınca ikili qruplara bölünərək qarşı-qarşıya başla və ayaqla ötürmələr üzərində çalışıb. Şən əhval-ruhiyyədə keçən məşqin sonrakı bölümündə Əfran İsmayılovun da iştirak etdiyi “kvadrat” oynanılıb.
 
Növbəti təmrində isə komanda üzvləri iki qrupa bölünərək düzülmüş maneələrdən keçmək şərti ilə təyin olunmuş nöqtəyə qaçış yarışı keçirib. Meydanın digər hissəsində isə qapıçıların məşqçisi Muarem Zeki qolkiperləri müxtəlif məsafələrdən vurulan topları dəf etmək üzərində çalışdırıb. Hazırlığın sonunda ikitərəfli oyun da keçirilib ki, nəticədə “yaşıllar” və “göylər”in mübarizəsində birincilər (3:0) üstün olub.
 
Onu da qeyd edək ki, zədəli olan Elvin Əliyev və Marius Pena məşqdə iştirak etməyib. “Sumqayıt”la ölkə kubokunun 1/8 final qarşılaşmasında ayaq əzələsini dartan Vüqar Mustafayev isə yarımsaatlıq yüngül qaçışla kifayətlənib. Vadim Abdullayevlə Əziz Quliyev müalicəsini davam etdirir. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.