7 dekabr 2013 20:50
Abışov oynamadı, Rubin 1 xalla kifayətləndi
Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın "Rubin" klubu da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə Moskva "Lokomotiv"i ilə üz-üzə gəlib. Görüş sülhlə başa çatıb.
Abışovun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Kurban Berdıyev onun adını bu görüşün iştirak ərizəsinə daxil edib. Lakin futbolçumuz sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "Rubin" geridə qalan turlarda 24 xal toplayıb və hazırda 10-cu pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
19-cu tur
7 dekabr
Lokomotiv - Rubin - 0:0
