7 dekabr 2013 19:00

Pantiç: Bu gedişlə ola bilsin ki, növbəti mövsüm çinlilərə və ya yaponlara güvəndim

Sabah Azərbaycan Topaz Premyer-Liqasının 16-cı turuna start veriləcək. Azerisport.az xəbər verir ki, “Bakı” bu tur çərçivəsində səfərdə “Sumqayıt”la qarşılaşacaq.
 
Oyun öncəsi son məşqini keçirən "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:
 
“Sumqayıt”a qarşı oynamaq bizim üçün həmişə çətindi. Üstəlik, eyni komandaya qarşı ardıcıl iki oyun keçirəndə qələbələri sıralamaq bir qədər də çətinləşir. “Sumqayıt” sabah öz meydanında çıxış edəcək. Bu isə o deməkdi ki, ölkə kubokunun 1/8 finalında rəqibin göstərdiyi nisbətən qapalı taktiki sxemi unutmalıyıq. Bütün bunlar qarşılaşmanın mürəkkəbliyini artırır. “Sumqayıt” gənclərə üstünlük verdiyindən daha çox hücum qurur, təhlükə yaradır. Rəqib komanda azərbaycanlı futbolçulara üstünlük verir. Mən də yerli gənclərə şans yaradıram, amma tənqidlərlə rastlaşıram. Bu gedişlə ola bilsin, növbəti mövsüm çinlilərə və ya yaponlara üstünlük verdim (gülür). Çünki görürəm ki, bəziləri mənim oyunçu seçimlərimi bəyənmirlər. Düzdü, “Neftçi” və “Xəzər Lənkəran” kimi güclü komandalara çox qol vura bilirik. Lakin “Sumqayıt”la görüşlərdə 1 top fərqi ilə üstün oluruq. Bu, ondan irəli gəlir ki, rəqibin heyətindəki gənclər daha çox əmək sərf edir. Hər biri çalışır ki, özünü yaxşı tərəfdən göstərsin və ölkənin daha güclü klublarına transfer olunsun. Özü də “Sumqayıt”ın elə futbolçuları var ki, daha iddialı komandalara keçmək üçün hazırdılar”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.