7 dekabr 2013 15:00

Slavço Georgiyevski: Noyabr ayının ən yaxşı futbolçusu Cavadov olmalıdı

"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevskinin azerisport.az saytına müsahibəsi
 
- "Xəzər Lənkəran"la oyuna hazırlıq necə gedir?
- Əla. Son oyunlardakı uğurlu nəticələrdən sonra komandada yaxşı əhval-ruhiyyə var. Növbəti oyunda da uğur qazanmaq istəyirik.
 
- Cənub klubu ilə görüşdən nə gözləyirsiz?
- Fikrimcə, yaxşı oyun olacaq. Yüksələn xətlə davam edən uğurlu çıxışımızın davamını gətirməyimiz vacibdi. Ağır olacaq. Amma qələbə qazanmalıyıq. Lənkəran təmsilçisi turnir cədvəlində aşağı pillələrdə yer alsa da, yaxşı rəqibdi.
 
- Sizcə, rəqib komandanın yeni baş məşqçiyə tapşırılması bu oyuna necə təsir edəcək?
- Rəqibimizi yeni baş məşqçinin təyinatı münasibətilə təbrik edirəm. Mustafa Dənizli yaxşı məşqçidi, tanınmış mütəxəssisdi. Şübhəsiz ki, "Xəzər Lənkəran"ın futbolçuları məhz bu üzdən bizimlə oyunda var güclərini qoyacaqlar ki, özlərini göstərsinlər, yaxşı nəticə qazansınlar. Amma bunun bizə heç bir aidiyyatı yoxdu. Bir daha təkrar edirəm ki, əsas hədəfimiz bu görüşdən qalib ayrılmaqdı.
 
- Mövsümün əvvəlində çox pis çıxış etsəz də, indi komanda özünə gəlib və tam fərqli nəticələr qazanır...
- Digər futbolçularımız kimi, mən də hər şeyin yaxşılaşacağına inanırdım. Həmin məğlubiyyətlər müvəqqəti idi. Komandada bunu hamı yaxşı başa düşürdü. "İnter"in səviyyəsi istənilən hədəfə çatmağa imkan verir. Biz də indi məhz bunu sübut etməyə çalışırıq. "İnter" turnir cədvəlinin alt pillələrində yer almalı komandalardan deyil.
 
- İndi sizi hər şey qane edir?
- Biz qərarlaşmalı olduğumuz yerdəyik. Düzdü, bir qədər də irəliləməyimiz lazımdı. Yerimiz ilk üçlükdü.
 
- Sizcə, Premyer Liqanın noyabr ayı üçün ən yaxşı futbolçusu kim olmalıdı?
- Vaqif Cavadov son dövrlər yaxşı oyun sərgiləyir. Bu oyunlarda vacib qollar da vurmağa imkan tapdı. Fikrimcə, noyabrın ən yaxşı oyunçusu elə Cavadov seçilməlidi. Çempionatın da hazırkı bombardiri məhz odu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.