7 dekabr 2013 14:48
Dadaşov oynadı, komandası 1 xal qazandı
Futbol üzrə Almaniya Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayserslautern"in ikinci komandası "Frayburq"un qonağı olub.
Qarşılaşmada hesab açılmayıb. Millimizin üzvü 83-cü dəqiqədə meydana daxil olub. Lakin o da komandasına qələbə qazandıra bilməyib.
Qeyd edək ki, "Kayserslautern" 19 oyundan sonra 30 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
