7 dekabr 2013 14:34
Qarabağ Neftçi ilə oyuna hazırdı
"Qarabağ" derbiyə hazırdı. Azerisport.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın 16-cı turunda "Neftçi"ni qəbul edəcək.
Derbi üçün bütün hazırlıqlarını tamamlayan komanda artıq oyun zamanını gözləyir. 54-cü derbi öncəsi komandada ciddi itki yoxdu. Artıq 1 aydı zədə üzündən yaşıl meydanlardan kənarda qalan Admir Telinin durumu isə qeyri-müəyyəndi.
Xatırladaq ki, çempionatın ilk yarısında rəqib meydanında baş tutan görüşdə hesab açılmamışdı.
Azərbaycan derbisini Vüsal Əliyevin başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.
"Qarabağ" - "Neftçi" görüşü bazar günü, 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (klub saytı)
