7 dekabr 2013 14:12
İnterin toplanış planı məlum oldu
"İnter" qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komanda üzvləri yanvarın 5-də qardaş ölkədə bir araya gələcəklər. Bələkdə yerləşən "Stanik" hotelində məskunlaşacaq "İnter" 5 yoldaşlıq matçı da keçirəcək.
Rəqib komandaların adları və oyunların təqvimi yaxın günlərdə bilinəcək.
"İnter" vətənə yanvarın 25-də qayıdacaq.
