7 dekabr 2013 12:37
Rahid Əmirquliyev - 250-ci oyun (VİDEO)
Sabah keçiriləcək "İnter" - "Xəzər Lənkəran" matçı kapitan Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, "ağ-yaşıl" formada ən çox oyun keçirmiş futbolçu sabah komandasının heyətində 250-ci rəsmi matçına çıxacaq.
"Xəzər Lənkəran" TV sizi Rahidin bu günə qədər gəldiyi yola birlikdə nəzər salmağa dəvət edir. Əmirquliyevin debüt oyunu, ilk qolu, ilk çempionat qolu və karyerasından digər maraqlı məqamlarla aşağıdakı çarxda tanış ola bilərsiniz.
