7 dekabr 2013 11:30

Flavinyo: Neftçi Qarabağı mənsiz də məğlub edə bilər

"Neftçi"nin yarımmüdafiəçisi Flavinyonun azerisport.az saytına müsahibəsi
 
- İki oyunluq cəzadan sonra "Qarabağ"la oyunda iştirak edəcəyinizə ümidiniz var idi?
- Meydandan qovulduğum "İnter"lə oyunda komandamın əleyhinə çoxlu ədalətsiz qərarlar qəbul olundu. İnanırdım ki, bu məsələyə baxılacaq. Ədalət bərpa olundu. Heç bir futbolçunun belə bir ədalətsizliklə üzləşməsini istəmirəm.
 
- Amma "Qarabağ"ın düşərgəsində sizin bağışlanmağınız birmənalı qarşılanmadı. Hətta baş məşqçi Qurban Qurbanov buna çox sərt reaksiya bildirib...
- Gözləməzdim ki, mənim bu görüşdə iştirakım "Qarabağ"da belə narahatlıq yaradacaq. "Neftçi" yalnız Flavinyodan asılı deyil. Komandamız ağdamlıları mənsiz da məğlub edə bilər. Əvəzolunmaz futbolçu yoxdu.
 
- İstənilən halda siz meydanda olacaqsız. Bu qarşılaşmadan nə gözləyirsiz?
- Gərgin və maraqlı oyun olacaq. Əgər iki lider meydana çıxırsa, bu oyundan ancaq yaxşı mübarizə gözləmək olar.
 
- Amma ilk dövrədəki oyun kifayət qədər darıxdırıcı alınmışdı...
- Onda hər iki komanda ehtiyatlı oyun üstünlük verdi. Bu dəfə biz qələbə qazanmaq istəyirik. Eyni zamanda gözəl futbol sərgiləmək arzusundayıq. Hər şey çox maraqlı olacaq.

- Qələbə qazanmaq şanslarınızı necə qiymətləndirirsiz?
- Bu, bizim əsas hədəfimizdi. Bu görüşdə bizi ancaq 3 xal qane edəcək.
 
- Almeyda və Reynaldo kimi həmyerlilərinizə qarşı oynamalı olacaqsız...
- Mən yalnız bu futbolçular barədə düşünmürəm. Bizə qarşı çox güclü rəqib çıxış edəcək. "Qarabağ" komanda oyununa görə güclüdü. Bu komandadan ayrıca olaraq kimisə fərqləndirmək istəmirəm.
 
- Qələbə qazanacağı halda "Neftçi" əsas izləyicisindən 4 xal aralana bilər...
- Əgər yadınızdadısa, biz əvvəlki mövsümlərdə çempionluğu da vaxtından öncə təmin etmişdik. Bu mövsüm də hədəfimizə erkən çatmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.