6 dekabr 2013 00:11
Platininin yeniliyi Azərbaycan Kubokunun qalibinə xeyir gətirə bilər
UEFA prezidenti Mişel Platini bildirib ki, ölkə kuboku qaliblərinin Çempionlar Liqasında iştirakı ideyasının tərəfdarıdır. Azerisport.az Platininin fikirlərini diqqətinizə çatdırır.
“Mən bu təkliflə razıyam. Biz bunu dəfələrlə müzakirə etmişik. Ancaq iş səsverməyə gələndə, Çempionlar Liqasında yer sayını itirmək istəməyən ölkələr çoxluq təşkil edir”, deyə İspaniya mətbuatı Platinidən sitat gətirir.
Platini həmçinin, öz cərimə meydanında oyun qaydalarını pozmuş qapıçının oyundan qovulmasının və penalti təyin olunmasının əleyhinədir:
“Bu son hədd kimi təsir bağışlayır. Penalti - kifayətedici cəzadır. Düşünürəm ki, bununla FIFA və UEFA-da hər kəs razıdır. Ancaq beynəlxalq komitənin tərkibinə daxil olan bir-iki ölkə, qaydaları dəyişmək istəmir”
