6 dekabr 2013 11:44
Xəzər Lənkəran: Dənizli qazax oyunçuların xidmətində maraqlı deyil
Qazaxıstanda “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizlinin yerli futbolçular Samat Smakov və ölkə yığmasının qapıçısı David Loriya ilə maraqlanması barədə məlumat yayılıb. Azerisport.az qazax KİV-ə istinadən xəbər verir ki, futbolçular bu məlumatı nə təkzib, nə də təsdiq ediblər.
“Gəmiqayıranlar”ın mətbuat xidmətindən isə bu futbolçulara maraq haqda məlumat təkzib edilib. Həmçinin, türk mütəxəssis dünənki mətbuat konfransında hələlik heç kimlə maraqlanmadığını bildirmişdi.
Qeyd edək ki, Smakov və Loriya 2012-ci ildə Mustafa Dənizlinin rəhbərliyi altında “Rizespor”da çıxış ediblər.
