6 dekabr 2013 11:22
Adrian Pit: Hələ ki, Dənizli haqda xüsusi heç nə deyə bilmərəm
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az saytına müsahibəsində Azərbaycan kubokunun 1/8 oyununda “Neftçala” üzərində qələbədən (4:0), komandasının əsas heyətinə dönüşündən və futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyundan danışıb.
- Artıq bazar günü futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “İnter”lə görüşəcəksiniz. Sözarası, onlar Kubokun 1/8 final mərhələsində “Şuşa”nı, sizin “Neftçala”nı məğlub etdiyinizdən (4:0) daha böyük hesabla məğlub ediblər (7:0).
- Biz də belə hesabla qalib gələ bilərdik (gülümsəyir). Artıq birinci hissədə biz bütün dörd qolu vurduq və daha çox qol vura bilərdik.
- Qarşıdakı rəqibiniz də mövsümü sizin kimi başlamışdı. Ancaq artıq özünə gəlib və yarış cədvəlində dördüncü sırada gedir.
- Mən hesab edirəm ki, bu, məşqçi işinin bəhrəsidir.
- Oyundan nə gözləyirsiniz?
- Əgər biz qələbə üçün gərəkli hər şeyi etsək, qalib gələcəyik. Oyun başlamayana qədər, bu haqda danışmaq istəmirəm.
- Dənizli haqda işlədiyi müddətdə nə deyə bilərsiniz?
- Xüsusi heç nə deyə bilmərəm. Onunla yeni, uğurlu nəticələr əldə etmək istəyirik. Bilirik ki, Mustafa Dənizli böyük məşqçidir və özünün uğurlu işi ilə özünə ada qazanıb.
- Dörd ay keçəndən sonra bu oyun, sizin üçün ikinci oyun idi.
Bununla bağlı özümü yaxşı hiss edirəm. O zaman kəsiyi geridə qaldı. İndi ümid edirəm ki, hər şey daha yaxşı olacaq.
- Bu oyunda Dənizlinin komandanın sükanı arxasında debütü baş tutdu. Onun rəhbərliyi altında “Xəzər Lənkəran” ilk qələbəsini qazandı.
- Bu, bizim üçün yaxşı başlanğıcdır. Oyuna gəlincə, biz yaxşı başladıq. Digər tərəfdən, birinci divizionu təmsil edən komandaya qarşı həmişə yaxşı köklənmək olmur. Biz çox yaxşı başladıq.
- 1/4 finalda sizi birinci divizionun daha bir təmsilçisi “Araz Naxçıvan” gözləyir. Bu rəqib haqda nə bilirsiniz?
- Bilirəm ki, onlar birinci divizionda liderlik edir və premyer-liqaya çıxmaq əzmindədirlər. Onlar kifayət qədər güclü rəqib “Simurq”u keçə bildilər. Bu isə onların yaxşı oynamağı deməkdir.
