6 dekabr 2013 18:31
Arif Əsədov: Əvvəl məni AZAL-a, indi Sumqayıta yollayırlar
Futbol üzrə U-19 Azərbaycan yığmasının sabiq baş məşqçisi Arif Əsədov, azerisport.az saytına müsahibəsində öz adı ətrafında dolaşan şayiələri təkzib edib.
“Əvvəlcə məni AZAL-a, indi isə “Sumqayıt”a yollayırlar. Hər iki komandanın baş məşqçisi var və mənim nə isə deməyim, onların ünvanına hörmətsizlik olar. Sadəcə deyim ki, bunlar, bir şayiədir. Mənim U-17 və U-19-dan imtinam isə bunun, mənim üçün keçilmiş bir mərhələ olmasından ibarət anlayışdır. Bəli, mən U-20 komandasında işləmək istərdim. Ancaq bizdə hələlik belə bir komanda yoxdur”.
