6 dekabr 2013 18:22

Yüksəl Kepoğlu: Bu, uşaqlar üçün bir həyat təcrübəsidir

Bir müddət öncə "Bakı"nın U-15 komandası Fransanın "Lans" futbol klubunun düşərgəsində ikihəftəlik təlim-məşq toplanışı keçdi və artıq komanda ölkəyə qayıdıb. Azerisport.az bu gün U-14 komandasının İspaniyaya yola düşməsi ərəfəsində, “Bakı” futbol akademiyasının rəhbəri Yüksəl Kepoğlunun həm öncəki toplanış, həm də gələcək planlar haqda müsahibəsini diqqətinizə çatdırır.

Dekabrın 20-ə kimi davam edəcək toplanış "Atletiko" Madridin futbol akademiyasında baş tutacaq. Səfər öncəsi klubumuzun 
- Öncə Fransa səfəri haqda təəssüratlarınızı bölüşərdiniz.
- "Lans" klubunun akademiyasında baş tutan toplanış futbolçularımızın yeni mühit, yeni futbol ölkəsi ilə tanışlıq baxımından faydalıdır. Xüsusilə də, sosial və futbol fəlsəfəsi baxımından onların dünyagörüşlərində irəliləyiş oldu. Hətta uşaqların bir çoxu həyatlarında ilk dəfə təyyarəyə minib, xarici ölkəyə gedirdilər. Bu səfər həmin uşaqlar üçün önəmli həyat təcrübəsidir. Yetirmələrimiz bacardıqları qədər bu imkandan yararlandılar.

- Təbii ki, Fransa futbolu adından söz etdirməyi bacarır. Belə durumda azərbaycanlı futbolçular yerli mühitə alışmaqda nələr yaşadılar?
- Düzdür, Azərbaycan və Fransa futbolu arasında böyük fərq var. Biz qarşılıqlı yardımlaşma və təcrübə mübadiləsi hesabına bu fərqləri aradan qaldırmaq və "Bakı"nın yetirmələrini ən yüksək səviyyəyə qaldırmaq istəyirik. Bu işləri görmək üçün vaxtımız az olsa da, əlimizdən gələni edib, boşluğu qısa müddətdə aradan qaldırmağı düşünürük.

- Yetirmələrinizin futbol fəlsəfəsində hansı çatışmazlıqları müşahidə etdiniz?
- Bizim uşaqların futbol anlayışı və məşqləri fransızlarla, demək olar ki,  eynidir. Amma futbolçuların rejimində fərqlər çox aydın sezilir. Onlar daha vitaminli qidalar yeyirlər, daha sağlam böyüyürlər. İnkişafın birinci şərti düzgün məşq, ikincisi isə düzgün rejimdir. Texniki-taktiki yöndən sıxıntımız olmadı. Keçirdiyimiz yoldaşlıq görüşlərində "Lans"ın yetirmələrinin daha güclü olduğu hiss olunurdu. Üstəlik, oyunçuların təbii fiziki göstəricilərində də fransızlar üstün idi. Müasir futbolda belə bir qayda var: Güc hər zaman texnikanı üstələyər.

- Bu gün U-14 komandamız İspaniya yola düşəcək. Orada hansı istiqamət üzrə işləyəcəksiz?
- İspaniyada da eyni plan üzrə məşqlər keçəcəyik. Həm sosial, həm də texniki-taktiki çalışmalar əsas götürüləcək.

- Bir müddət öncə "Bakı"nın 5 yetirməsi 3 illik təlim-tədris almaq üçün "Atletiko" Madridin düşərgəsinə yollandı. Bununla bərabər "Lans"ın futbol akademiyasına futbolçu göndəriləcəkmi?
- Oxşar əməkdaşlıq "Bakı" və "Lans" arasında da nəzərdə tutulub. Bu işi qarşı tərəfin uşaq məşqçiləri həyata keçirir. Onlar fərqli tərkiblərlə, fərqli vaxtlarda bura gəlir, bizim uşaqları yoxlayırlar. Klubumuzun strateji inkişaf planına əsasən, xaricə yollanan uşaqların sayı artacaq. Ancaq tələsmək də lazım deyil. Klubumuzun prezidentimiz Hafiz Məmmədovun əsas tələbi yerli uşaqların xarici ölkələrdə təlim görüb, orada inkişaf etməsidir.

Onu da əlavə edim ki, növbəti ilin yanvar ayında U-19 və U-17 komandalarımız da Fransada təlim-məşq toplanışı keçəcək.

- Fransada təlim-məşq toplanışı keçdiyiniz müddətdə hansısa futbolçumuzu bəyənib, orada qalmasını istəyənlər oldumu?
- Bu, bizim iş formatımızda olmayıb. Olsa belə, Hafiz Məmmədovun izni olmadan onlar Fransada qala bilməzdi. Heyətdə texniki hazırlığı əla, ancaq fiziki göstəriciləri zəif olan futbolçularımız çox idi. Yoldaşlıq görüşlərində də bu, aydın hiss olunurdu. Üstəlik, futbolçularımız "Lans"ın özlərindən bir yaş yuxarı qrupları ilə oyunlar keçirdilər. Belə durumda fransızların üstünlüyü sezilirdi. Burda bir məqamı da əlavə edim ki, Fransada səfərdə olduğumuz müddətdə bizi tərcüməçi kimi müşayiət edən Baba Həsənov artıq "Lans" klubunda işə qəbul olunub. Səfərimizin daha bir faydasını gördük, təlim-məşq toplnatımız Fransada yaşayan azərbaycanlı gəncin özünə yeni imkanlar açan iş yeri tapması ilə də əlamətdar oldu.

Son 2-3 ay içində artıq 5 komandamız Fransa və İspaniya kimi aparıcı dünya ölkələrində təlim keçirlər, uşaqlar bu yüksək şəraiti yaradan klub prezidentimiz Hafiz Məmmədova təşəkkür etməklə yanaşı söz verdilər ki, bu qayğının nəticəsində əzmkarlıqla çalışaraq, bunun qarşılığını yaşıl meydanlarda verəcəklər.
 
(Bakı FK rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.