6 dekabr 2013 17:44
Qarabağ Flaqmanla görüşə hazırlaşır
“Qarabağ” “Neftçi” ilə oyunun hazırlıqlarına dərhal başlayıb. Azersport.az xəbər verir ki, premyer-liqanın 16-cı turunda “ağ-qara”ları qəbul edəcək komanda, AZAL-la kubok oyunundan sonra hazırlıqlara start verib.
“Qarabağ” məşqlərini Tofiq Bəhramov adına Respublika stadionunda keçir. Admir Teli isə barmağındakı zədə səbəbindən, hələ də komandaya kömək edə bilmir.
Xatırladaq ki, “Qarabağ` - “Neftçi” matçı dekabrın 8-i, Bazar günü 18:00-da start götürəcək.
(klub saytı)
