6 dekabr 2013 17:33
Flaqman qış fasiləsinə planlarını açıqladı
“Neftçi” qış fasiləsinə planlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, Nazim Süleymanovun komandası 2014-cü il yanvarın 12-də Antalyaya yollanacaq.
“Neftçi” “Mardan” kompleksində toplanış keçirəcək və komanda plan üzrə nəzərdə tutulmuş dörd oyun keçirmək istəyindədir. Rəqib qismində Ukrayna, Almaniya və Albaniyadan olan komandalar nəzərdə tutulub.
“Flaqman” toplanışlara yanvarın 27-də yekun vuracaq.
