6 dekabr 2013 16:00

Samat Smakov: Yenidən Mustafa Dənizli ilə işləmək mənim üçün şərəf olar

Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Samat Smakov azerisport.az saytına müsahibəsində "Xəzər-Lənkəran"da oynamaq perspektivindən, Mustafa Dənizli ilə işləmək istəyindən və Azərbaycan futbolundan danışıb.

- Samat, səni Bakıdan narahat edirik, mətbuatda karyeranı Azərbaycanda davam etdirəcəyin barədə məlumat var. Bu həqiqətdir?
- Mən özüm də xəbəri mətbuatdan oxumuşam. Vaxtı ilə çalışdığım məşhur məşqçi Mustafa Dənizli, indi Azərbaycanda çalışacaq. Yəqin buna görə bu informasiyalar yayılıb. Həqiqətdə heç bir təklif almamışam. Hazırda "Kayrat" klubunun şərəfini qoruyuram və bütün fikrim komandamın oyunlarındadı. İndi tətildir, istirahət edirik.

- Əgər Mustafa Dənizlidən təklif olsa, cavabın nə olar?
- Mustafa Dənizli Türkiyə futbolunun əfsanəvi məşqçisidir. Sizin komandanı bu seçimə görə yalnız alqışlamaq olar. Təklif olsa, gərək klubla müzakirələr aparılsın. Hazırda "Kayrat"la iki illik müqaviləm var. Bu mənada, komandam icazə verməlidir. Mənim fikrim mənfi olmaz. Mustafa Dənizli ilə yenidən çalışmaq mənim üçün şərəf olar. 

- Mustafa Dənizli haqda bizə danış. Necə insandır və məşqçidir...
- O əsl peşəkardır. "Çaykurizespor"da olanda hamımız onun sayəsində uğur qazandıq. Sona bir tur qalmış Superliqaya vəsiqə əldə etdik. İntizamı sevir, futbolçularına qarşı diqqətlidir. Komandada elə mühit yaradır ki, heç kim qaydaları pozmaq istəmir. Güclü psixoloqdur. Oyunçunun problemi olanda, dərhal maraqlanır. Dənizli haqda dediklərim tərif deyil, bu, həqiqətdir. 

- Türkiyədən ayrılandan sonra onunla əlaqən olub?
- Birbaşa Mustafa Dənizli ilə əlaqəm olmayıb. O vaxtkı köməkçiləri ilə danışmışam. Özü ilə danışmaq imkanı olmayıb. Telefonla danışmaq bir qədər düzgün olmazdı. Dənizli Türkiyədə Aleks Ferqyuson kimidir. Təsəvvür edin, "Mançester Yunayted"in futbolçularından biri Ferqyusona zəng vurur. Yaxşı alınmaz.

-  "Xəzər-Lənkəran" haqda hansı məlumatın var?
- Lənkəran təmsilçisinin güclü heyəti var. O vaxt Birlik Kubokunda onlara qarşı oynamışam. Həmin turnirdə "Aktobe"nin şərəfini qoruyurdum. Sizin klublardan "Bakı", "İnter"ə də qarşı mübarizə aparmışam. Fikrimcə, Dənizli bu komandanı uğura daşıyacaq. Əsas, ona lazımi şəraiti yaratmaqdır. Mustafa Dənizli komandanı tanıyandan sonra, onu yüksəklərə qaldırmağa qadirdir. 

- Adətən legionerlər paytaxta can atır. Təklif olsa, Lənkəranda yaşamaq və oynamaq çətin olmayacaq?
- Hələ təklif yoxdur. Olsa, baxarıq. Peşəkar futbolçu üçün vacib olanı, meydana çıxıb futbol oynamaqdır. Fərqi yoxdur, paytaxtda və ya regionda. Əsas, məşqçinin etimadını doğrultmaqdır. Ona görə, təklif olsa, düşünmək mümkündür. 

- Azərbaycan futbolu haqda məlumatın çox olmalıdır...
- Haqlısınız. Dəfələrlə yığmalarımız arasında yoldaşlıq və ya rəsmi görüşlər keçirilib. Fikrimcə, son illər futbol Azərbaycanda inkişaf edir. Klublara çoxlu sayda maliyyə yatırımı var. Güclü legionerlər dəvət olunub. Millinizin Şimali İrlandiya və Rusiya ilə oyunlarına baxmışam. Yaxşı oynadınız və layiqli olaraq xallar qazandınız. Rusiya ilə oyunu çox bəyəndim. Güclü rəqibə qarşı sona qədər yarışdınız. Yığmanız daha da güclənib. 

- Futbolçularımızdan kimi xatırlayırsan?
- Çoxlarını xatırlayıram. Amma Vaqif Cavadov haqda ayrıca danışmaq olar. Yaxşı futbolçu və insandır. Məndən ona salam deyin. Rusiya ilə oyunda qəşəng qol vurdu. Bəlkə inanmazsınız, amma meydana əvəzetmədən daxil olanda ürəyim hiss etdi ki, qol vuracaq. Elə oldu. Cavadov yaxşı futbolçudur və hər zaman komandaya xeyir verməyə çalışır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.