6 dekabr 2013 15:55
Yuri Syomin: Nəzərə alınmalıdır ki, Allahverdiyev yığma oyunçusudur
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azersiport.az saytına müsahibəsində, komandasının müdafiəçisi Elnur Allahverdiyevin icarə müddətinin bitməsi və bununla əlaqədar olaraq, müdafiəçinin “Xəzər Lənkəran” düşərgəsinə qayıtmaq ehtimalına dair fikrini açıqlayıb.
“Düşünürəm ki, müzakirə zamanı hər iki tərəf oyunçunun marağını nəzərə almalıdır. Çünki Allahverdiyev yığma oyunçusudur. Onun maraqlarının müdafiəsi son sırada dayanmamalıdır. Xüsusən, mövsümün sonunda müdafiəçinin “Xəzər Lənkəran”la müqaviləsi başa çatır. Danışıqlar zamanı “Qəbələ” rəhbərliyinə təzyiq göstərməyəcəyəm. Bəli, onun necə məşq edib oynaması məni qane edir. Ancaq çox şey oyunçunun istəyindən asılı olacaq. İlin sonunda vəziyyətin necə olacağını demək mənə çətindir”.
Xatırladaq ki, hər iki komanda futbolçunun xidmətində maraqlı olduğu üçün, məsələnin müzakirə edilməsi və ortaq məxrəcə gəlmək məqsədi ilə, tərəflər arasında görüş ehtimal edilir.
