5 dekabr 2013 00:57
Millimizin hücumçusu oynadı, komandası mərhələ adladı
Futbol üzrə Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" klubu bu mərhələni uğurla keçməyə nail olub.
Futbolçumuzun komandası ötən gecə aşağı dəstə təmsilçisi "Silivrispor"la qarşılaşıb. Oyun 1:0 hesabıyla sivaslıların xeyrinə başa çatıb.
Baş məşqçi Roberto Karlos bu oyunda Cihana da şans verib. Özkara start heyətdə meydana çıxıb. O, 72-ci dəqiqədə əvəzlənib.
