5 dekabr 2013 12:55
Bakı FK mətbuat xidməti: Hafiz Məmmədovun ünvanına tənqidi məqalələr ermənilər tərəfindən qaynaqlanır
Fransa KİV-də “Bakı” futbol klubunun prezidenti və “Lans” futbol klubunun şəriki Hafiz Məmmədovun ünvanına tənqidi məqalələr, erməni diasporu tərəfindən qaynaqlanır və maliyyələşdirilir.
“Lansda çox böyük erməni diasporu var. Onlar lap əvvəldən Azərbaycanla sponsor müqaviləsi bağlanmasının və klubun adı ilə yanaşı, ölkəmizin adının hallanmasının əleyhinə idilər. Məhz bu səbəbdən müxtəlif qəzetlərdə belə məzmunlu məqalələr yer alır”, deyə “Bakı”nın mətbuat xidmətindən azerisport.az saytına məlumat verilib.
