5 dekabr 2013 00:35

Bir istisna ilə gözlənildiyi kimi

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, qarşılaşmaların əksərində demək olar ki, elə gözlənilən nəticələr qeydə alındı.
 
Məsələn, Premyer Liqada çıxış edən "İnter", "Xəzər Lənkəran", "Qəbələ", "Neftçi", "Rəvan" kimi klubların 1-ci Diviziondan olan rəqiblərinə (müvafiq olaraq "Şuşa", "Neftçala", "Mil-Muğan", "Kəpəz" və "Qaradağ Lökbatan") qalib gələcəyi öncədən də gözlənilirdi. Düzdü, rəqiblərini darmadağınla məğlub edən "Rəvan", "İnter" və "Xəzər Lənkəran"dan fərqli olaraq "Neftçi" və "Qəbələ" aşağı dəstə təmsilçilrinə çətinliklə qalib gəldi. Xüsusilə, "Qəbələ"nin məğlub duruma düşdükdən sonra əzmkar qələbə qazanması, "Neftçi"nin tarixinin ən pis günlərini keçirən Gəncə klubuna yalnız 1 qolla qalib gəlməsi bir qədər gözlənilməz oldu. Halbuki, digərləriylə müqayisədə "Rəvan"ın "Qaradağ Lökbatan"la görüşdə çətinliklə üzləşməsi daha inandırıcı görünürdü. Amma Şahin Diniyevin komandası hətta tam heyətlə olmadan da 1-ci Divizion klubuna asanlıqla qalib gəlməyi bacardı. Mustafa Dənizlinin debüt matçında cənub klubuna 4 cavabsız qolla qələbə qazandırması da diqqətçəkən oldu.
 
Aşağı dəstə təmsilçisi ilə qarşılaşan "Simurq" isə "Araz Naxçıvan"a məğlub olmaqla bu mərhələnin ən böyük sensasiyasına səbəb oldu. Halbuki, Zaqatala klubu Naxçıvanda 2 dəfə önə keçdiyi qarşılaşmanı qalib başa vurmağa çox yaxın idi. Amma 90 dəqiqənin sonlarında öncə cavab qolunu buraxan, ardından isə azlıqda qalan "Simurq" işini çətinə saldı. Əsgər Abdullayevin komandası isə rəqibin 10 nəfərlə oynamasından maksimum yararlandı. Qarşılaşmanı penaltilərə daşıyan Naxçıvan təmsilçisi azarkeşlərinin də dəstəyi sayəsində penaltiləri daha dəqiq yerinə yetirərək adını 1/4 finala yazdıran yeganə 1-ci Divizion təmsilçisi oldu.
 
1/8 finalın daha iki görüşü isə elita klubları arasında baş tutdu. "Bakı"nın "Sumqayıt" səddini keçməsi hardasa gözlənilən idi. Çünki Milinko Pantiçin komandası ilə müqayisəd Aqil Məmmədovun yetirmələri Premyer Liqadakı uğursuz çıxışın nəticəsi kimi bütün rəqiblərinə aşağıdan yuxarı baxmaq məcburiyyətində qalıb. Amma "Sumqayıt" "zolaqlılar"a uduzmasına baxmayaraq, sonadək layiqli müqavimət göstərməyi bacardı.
 
"Qarabağ"la AZAL klublarının görüşündə isə hansı komandanın mərhələ keçəcəyini demək çətin idi. Gözlənildiyi kimi, hər iki komandanın ehtiyatlı oyuna üstünlük verdiyi görüşün taleyini 1 qol həll etdi. Reynaldonun matçın sonlarında vurduğu qol "Qarabağ"ın üzünü güldürdü. Amma Ağdam klubunun bu zəfərində "təyyarəçilər"in matçın sonlarını azlıqda keçirməsi də az rol oynamadı.

Bu nəticələrdən sonra artıq Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütlükləri də müəyyənləşib. Gələn ilin mart ayında keçiriləcək növbəti mərhələnin oyunlarında qarşılaşacaq cütlüklər aşağıdakı kimidi:
 
1/4 final
12-13 və 19 mart 2014-cü il
 
İnter – Neftçi
Rəvan – Bakı
Qəbələ – Qarabağ
Araz Naxçıvan – Xəzər Lənkəran
 
Məlumat üçün bildirək ki, növbəti mərhələdə qaliblər iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək.
 
Azərbaycan Kuboku
1/8 final
 
İNTER - ŞUŞA - 7:0
Qollar: Aleksandr İaşvili, 27; 61, Matiya Spiçiç, 33, Ruslan Əmircanov, 37, Asif Məmmədov, 44; 57, Abdulla Abatsiyev, 90+1.
Sarı vərəqələr: Kristofer Nkansah, 25 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); İsrafil Qarayev, 45+1 (rəqibi əllə tutduğuna görə); 84 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Məhəmməd Xəlilov, 76 (simulyasiya).
Qırmızı vərəqə: İsrafil Qarayev, 84.
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Cavanşir Yusifov, Elgün Hüseynov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
4 dekabr 2013. Bakı. “Şəfa” stadionu. 400 tamaşaçı.
 
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 5. Slavço Georgiyevski (88. Derlis Meza Kolli, 64), 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (19. Sezar Meza Kolli, 66), 11. Asif Məmmədov, 20. Brüs Abdulay, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (13. Mirsahib Abbasov, 76).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov.
Məşqçi: Roman Cəfərov.
Şuşa: 22. Elçin Qasımov, 4. Taleh Babayev, 5. Sərraf Yusifov, 6. Orxan Əsədov (7. Elçin Zeynalov, 46), 10. Elvin Adışirinli (9. İsrafil Qarayev, 36), 15. Emin Mollayev, 19. Əhməd Ticani, 20. Məhəmməd Xəlilov, 21. Kristofer Nkansah, 25. Frensis Boadi, 26. Tərlan Xəlilov (k).
Ehtiyat oyunçular: 12. Vaqif Şirinbəyov, 3. Fərid Abdullayev, 11. Rasim Daşdəmirov, 16. Əli Babayev, 17. Hüseyn Əliyev.
Baş məşqçi: Nadir Qasımov.
 
NEFTÇİ - KƏPƏZ - 1:0
Qol: Ernest Nfor, 57.
Sarı vərəqələr: Karlos Kardoso, 73 (qeyri-idman hərəkəti) - Nicat Məmmədov, 27 (qeyri-idman hərəkəti); Elmin Əlizadə, 40 (qeyri-idman hərəkəti); Xəyal Mustafayev, 40 (qeyri-idman hərəkəti).
Hakimlər: Alik Yunusov, Nahid Əliyev, Rasim Əhmədov, Venera Kahriç.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
4 dekabr 2013. Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 450 tamaşaçı
 
Neftçi: 1. Pavel Doroşev, 3. Denis Silva (2. Karlos Kardoso, 46), 4. Tərlan Quliyev, 7. Araz Abdullayev (k), 14. Bahodır Nasimov, 15. Erik Ramos, 18. Fəhmin Muradbəyli (11. Melvin Platye, 46), 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 34. Ziyadxan Məmmədov, 5. İqor Mitreski, 13. Vasif Əliyev, 28. Emin Mehdiyev, 33. Orxan Bəşirov.
Baş məşqçi: Nazim Süleymanov.
Kəpəz: 12. Ramil Kərimov, 5. Şahin Kərimov, 9. Elmin Əlizadə, 4. Atin Abdullayev, 14. Xəyal Mustafayev (k), 7. Pərvin Paşayev, 2. Nicat Məmmədov, 17. Qafar Qafarov (19. Elçin Seyidov, 54), 10. Zaur Əsədov (5. Ülvi Cəlilov, 89), 16. Elxan Əzizov (18. Rəhman Allahverdiyev, 82), 11. Mehdi Mehdiyev.
Ehtiyat oyunçular: 1. Habil Hüseynov, 6. Kamran Babayev, 8. Səyavuş Allahyarlı, 20. Araz Mansurov.
Məşqçi: Azər Məmmədov.

QARADAĞ LÖKBATAN - RƏVAN - 2:5
Qollar: Rüfət Məmmədov, 21, Anar Həsənov, 60-pen - İvan Pexa, 19, Vüsal Qarayev, 27; 90+3, Elnur Abdulov, 40-pen, Rəşad Abdullayev, 64.
Sarı vərəqələr: Ramal Hüseynov, 36 (hakimin qərarına etiraz); Ruhid Usubov, 86 (qeyri-idman hərəkəti) - Cəmşid Məhərrəmov, 44 (qeyri-idman hərəkəti); Frederik Holster, 58 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Elçin Cəfərov, 36 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vaqif Musayev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2013. Bakı. “Bayıl Arena” stadionu. 200 tamaşaçı.
 
Qaradağ Lökbatan: 25. Elçin Cəfərov, 20. Elmir Məmmədov (90. Anar Məhərrəmov, 39), 5. Vüsal İsmayılov, 6. Natiq Əkbərov, 4. Elxan Cəbrayılov, 16. Samir Quliyev (22. Murad İsgəndərli, 46), 8. Ruhid Usubov, 27. Ramal Hüseynov (k), 19. Rüfət Məmmədov, 17. Novruz Ələkbərov (7. Anar Həsənov, 46), 11. İlham Allahverdiyev.
Ehtiyat oyunçular: 88. Yasin Yaqubzadə, 23. Emin İbrahimov, 10. Vüsal Səfərov, 18. Rafael Qəvami.
Baş məşqçi: Adil Mahmudov.
Rəvan: 85. Kamal Bayramov, 8. Frederik Holster, 9. Elnur Abdulov (25. Ayaz Mehdiyev, 85), 11. Kamil Nurəhmədov, 19. Hüseyn Axundov, 27. Rəşad Abdullayev (k), 30. Cəmşid Məhərrəmov, 33. Sohib Savankulov (16. Orxan Lalayev, 87), 38. İvan Pexa, 40. Mişel Balokoq (24. Yamin Ağakərimzadə, 76), 89. Vüsal Qarayev.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç.
Baş məşqçi: Şahin Diniyev.
 
BAKI - SUMQAYIT - 2:1
Qollar: Aleksandar Şoliç, 59-pen. Risto Ristoviç, 90+3 - Slavik Alxasov, 85.
Sarı vərəqələr: Nurlan Novruzov, 4 (qeyri-idman hərəkəti); Samir Abasov, 59 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Namiq Hüseynov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 300 tamaşaçı.
 
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares (23. Lukas Mario Horvat, 90+2), 5. Ruben Qonzales, 8. Cavid Hüseynov, 10. Aleksandar Soliç (17. Risto Ristoviç, 85), 11. Rauf Əliyev (k), 12. Etto, 15. Alberto Noquera, 20. Mindauqas Kalonas, 31. Vüqar Mustafayev (34. Şəhriyar Əliyev, 35).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauski, 21. Elvin Məmmədov, 22. Namiq Ələsgərov.
Baş məşqçi: Milinko Pantiç.
Sumqayıt: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev (11. Ruslan Nəsirli, 74), 17. Adil İbrahimov , 18. Aleksandr Çertoqanov (15. Nodar Məmmədov, 63), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev (77. Mirzağa Hüseynpur, 46), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 5. Kərim Diniyev, 25. Fərid Kərimzadə.
Baş məşqçi: Aqil Məmmədov.

MİL-MUĞAN - QƏBƏLƏ - 1:2
Qollar: Elnur Məmmədov, 1 - Leonardo da Silva, 15-pen, Abdulvahid Afolabi, 18.
Sarı vərəqələr: Zöhrab Məmmədov, 67 (qeyri-idman hərəkəti); Elxan Məmmədov, 68 (qeyri-idman hərəkəti); Samir Babayev, 69 (qeyri-idman hərəkəti); Elşən Hacıyev, 75 (qeyri-idman hərəkəti) - Lorenzo Ebesilio, 36 (hakimin qərarına etiraz); Yannik Kamanan, 69 (qeyri-idman hərəkəti); Leonardo da Silva, 71 (qeyri-idman hərəkəti); Amit Quluzadə, 75 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Çərkəz Həsənov, 11 (rəqibi aşkar qol imkanından məhrum etdiyinı görə).
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Rahil Ramazanov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2013. Qəbələ şəhər stadionu. 500 tamaşaçı
 
Mil-Muğan: 1. Çərkəz Həsənov, 2. Anar Hacıyev, 4. Elmir Hacıyev, 5. Samir Babayev (k), 8. Zöhrab Məmmədov, 11. Rafiq Koçalıyev (17. Alim Ağakişiyev, 62), 13. Orxan Məhərrəmzadə, 14. Elnur Məmmədov, 18. Elşən Hacıyev, 19. Bəhram Mehdizadə (9. Elxan Məmmədov, 51), 21. Üzeyir Sefizadə (99. Şöhlət Rəhimov, 14).
Ehtiyat oyunçular: 7. Şəadət Yusubov, 10. Rəmzi Məmmədov, 16. Cavidan Musazadə, 15. Məzahir Ağalarzadə.
Baş məşqçi: Mətləb Məmmədov.
Qəbələ: 55. Cavidan Hüseynzadə, 3. Nikola Valentiç, 5. Sadiq Quliyev, 9. Viktor Mendi (11. Yannik Kamanan, 61), 10. Dodo (k), 14. Lorenzo Ebesilio (31. Daniel Subotiç, 46), 18. İbrahima Niasse, 19. Abdulvahid Afolabi, 33. Elvin Camalov (4. Amit Quluzadə, 54), 42. Leonardo da Silva, 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 22. Assis Rodriqes, 45. Murad Musayev, 84. Deyan Kelhar.
Baş məşqçi: Yuri Syomin.
 
QARABAĞ - AZAL - 1:0
Qol: Reynaldo Silva, 79.
Sarı vərəqələr: Ulrix Kapolonqo, 26 (qeyri-idman hərəkəti); Rəşad Sadıqov, 70 (qeyri-idman hərəkəti) - Samuel Barlay, 36 (sistematik qayda pozuntusu); Aleksandr Şemonayev, 43 (simulyasiya); 64 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Aleksandr Şemonayev, 64.
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Elman Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2013. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 200 tamaşaçı.
 
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (70. Çumbinyo, 67), 10. Muarem Muarem, 11. Ulrix Kapolonqo (9. Reynaldo Silva, 67), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 41. Corc Leroy (17. Vüqar Nadirov, 90+2).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 99. Nikolas Gelaşvili.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 10. Con Oluremi (7. Cavid Tağıyev, 86), 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 18. Samuel Barlay (30. Yuri Fomenko, 82), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə, 31. Şəhriyar Rəhimov (8. Qərib İbrahimov, 86).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 21. Rey Məmmədbəyli, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
 
ARAZ NAXÇIVAN - SİMURQ - 2:2 (penaltilərlə 4:2)
Qollar: David Janalidze, 45-pen, Bəxtiyar Soltanov, 88 - Rəşad Eyyubov, 14-pen; 80.
Sarı vərəqələr: Emil Balayev, 13 (qeyri-idman hərəkəti), Cavid Həsənov, 41 (qeyri-idman hərəkəti); David Janalidze, 52 (qeyri-idman xəbəri); Eşqin Quliyev, 102 (qeyri-idman hərəkəti) - Tural Axundov, 5 (qeyri-idman hərəkəti); 90+3 (qeyri-idman hərəkəti); İdan Vaytsman, 44 (qeyri-idman hərəkəti); Draqan Çeran, 68 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Tural Axundov, 90+3.
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
4 dekabr 2013. Naxçıvan Muxtar Respublika stadionu. 6000 tamaşaçı.
 
Araz Naxçıvan: 1. Emil Balayev, 2. Aleksandr Krustkeviç, 3. Əlimirzə Daşzərini, 5. Cavid Həsənov, 6. Mikayıl Rəhimov, 8. Elmin Çobanov, 9. Eşqin Quliyev, 10. Emin İmaməliyev (k), 17. Bəxtiyar Soltanov, 21. David Janalidze, 25. Elgiz Kərəmli (11. Elgün Abbaslı, 59) (19. Rəhman Musayev, 84).
Ehtiyat oyunçular: 23. Rəşad Heydərov, 4. Fərman Qənbərov, 7. Akif Tağıyev, 13. Elnur Soltanlı, 15. Rəşad Hacızadə.
Baş məşqçi: Əsgər Abdullayev.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 16. Məhərrəm Hüseynov (15. Stepan Polyak, 65), 18. Tural Axundov, 20. İdan Vaytsman, 22. Salif Ballo (5. Anderson Oliveyra, 86), 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 30. Raul Kostin, 77. Nicat Qurbanov.
Məşqçi: İqor Getman       
 
XƏZƏR LƏNKƏRAN - NEFTÇALA - 4:0
Qollar: Sadio Tounkara, 9; 44, Etame Mbilla. 20; 42.
Sarı vərəqələr: Rüfət Musayev, 20 (qeyri-idman hərəkəti); Mübarək Şahquliyev, 54 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Əhmədov, Azər Əsgərov, Mübariz Haşımov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2013. “Xəzər Lənkəran” mərkəzi stadionu. 3500 tamaşaçı.
 
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva (6. Rasim Ramaldanov, 79), 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit (8. Edu Oriol, 70), 18. Tural Cəlilov, 20. Etame Mbilla (12. Junior Nildo, 70), 22. Deyvid Sakkoni, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 11. Zohair Benouahi, 17. Kazım Kazımlı, 23. Nikola Qliqorov.
Baş məşqçi: Mustafa Denizli.
Neftçala: 1. Tural Abbaszadə, 3. Mübarək Şahquliyev (55. Fərid Səmədzadə, 61), 4. Orxan Məmmədov (k), 5. Musa Rəhimov, 6. Samir Abdulov, 7. Nakim Vəliyev, 8. Timur Dadaşov, 9. Aslan Hüseynov, 17. Vaqif Güləliyev, 19. Qasan Qasanov, 88. Rüfət Musayev (10. Məhəmməd Alıyev, 63).
Ehtiyat oyunçular: 12. Novruz Rəhimov, 11. Amil Yunanov, 20. Tanrıverdi Məhərrəmli, 33. Mehman Məmmədov, 70. Vüsal Məmmədov.
Baş məşqçi: Bəhram Şahquliyev.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.