5 dekabr 2013 00:22
Futbolçularımızın komandası mübarizəni dayandırdı
Futbol üzrə Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Usim Nduka və U-21 millimizin qapıçısı Andrey Popoviçin çıxış etdiyi "Tavşanlı Linyitspor" klubu bu mərhələdə uğursuz çıxış edib.
PTT 1-ci Liqada çıxış edən futbolçularımızın komandası ötən gecə Super Liqa təmsilçisi "Akhisar BS" klubu ilə qarşılaşıb. Oyun 1:0 hesabıyla qonaqların xeyrinə başa çatıb.
Popoviç bu görüşün iştirak ərizəsində yer almayıb. Usim isə qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
