5 dekabr 2013 00:14
Millimizin çalışdırıcısı məşqçilərlə görüş keçirdi (FOTOLAR)
AFFA-nın inzibati binasında U-19, U-16 və U-13 qızlar liqalarında çıxış edən komandaların məşqçiləri ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisia Qonzalez qızlar liqalarında keçirilən oyunlar barədə danışıb, müsbət məqamları və çatışmazlıqları qeyd edib, qadın futbolu ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr haqda məlumat verib. (AFFA)
