5 dekabr 2013 12:12

Aleksandr Şemonayev: Hakimin qərarı oyunun nəticəsində əksini tapdı

AZAL-ın müdafiəçisi Aleksandr Şemonayev azerisport.az saytına müsahibəsində ölkə kubokunun 1/8 final görüşündə “Qarabağ”a məğlubiyyətdən (0:1) və bu oyunda meydandan qovulmasından danışıb.
 
- Bu mövsümün əvvəlki iki oyununda komandanız ağdamlılara qarşı yaxşı oynamışdı. Bu dəfə nə baş verdi?
Onları bir daha məğlub etmək istəyi vardı. Ancaq ikinci hissədə mənim meydandan qovulmağım nəticədə əksini tapdı. Belə rəqibə qarşı say azlığında oynamaq komanda yoldaşlarıma çətin idi.
 
- Qovulmağınız haqda nə deyə bilərsiniz?
- Heç bir vəziyyətdə sarı vərəqəyə layiq deyildim. Ancaq hakim əksini düşündü. Birinci halda məni aşkar yerə sərdilər. Ancaq hakimə elə gəldi ki, mən simulyasiya edirəm. İkinci epizoda gəlincə, mən Maksimi görmürdüm və onu bilərəkdən yıxmadım.
 
- Deməli, hakimin qərarı nəticədə əksini tapdı?
- Elədir ki, var.
 
- Adətən futbolçu özünü azca günahsız hiss edəndə, bunu hakimə bildirir. Ancaq siz sadəcə olaraq meydanı tərk etdiniz.
- Mən ona nə deməli idim? O göstərdiyini göstərdi və heç bir halda qərarını dəyişməzdi.
 
- Ancaq sizin oyununuz növbəti mərhələyə adlamaq üçün kifayət etmirdi. El təsəvvür yaranırdı ki, AZAL oyunu bir təhər penaltilər seriyasına daşımaq istəyir.
- Sizinlə razı deyiləm. Bizim şanslarımız vardı. Heç bir penalti seriyası gözləmirdik.
 
- Komanda ölkə kubokunu tərk etdi. Çempionatda yeddinci sıradasınız, liderlərdən böyük xal fərqi ilə geridəsiniz. Sonra nə olacaq?
- Bəli, biz liderlər qrupundan geri qalırıq. Ancaq bu, o demək deyil ki, mövsüm itirilib. Qarşıda “Rəvan”la oyun var. Onları məğlub edib qalxmaq və qələbələrə davam etmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.