5 dekabr 2013 00:01
Həmyerlimizin komandasından sensasion nəticə!
Futbol üzrə Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Davud Kəriminin çıxış etdiyi "Fəthiyəsspor" klubu bu mərhələni uğurla keçməyə nail olub.
PTT 1-ci Liqada çıxış edən futbolçumuzun komandası ötən gecə Super Liqa təmsilçisi "Fənərbaxça" ilə qarşılaşıb. Oyun 2:1 hesabıyla Kəriminin komandasının xeyrinə başa çatıb.
Davud bu oyunun iştirak ərizəsində yer almayıb.
Maraq üçün qeyd edək ki, "Fəthiyəsspor" PTT 1-ci Liqada 19 komanda arasında sonuncu pillədə gedir. "Fənərbaxça" isə Super Liqanın lideridi.
