5 dekabr 2013 11:25
Risto Ristoviç: Bakı olmasa, çempionatın başqa komandasına gedəcəyəm
Bu ilin sonunda “Bakı”nın serb yarımmüdafiəçisi Risto Ristoviçin müqavilə müddəti başa çatır. Futbolçunun agenti Boyan İliçin azerisport.az saytına verdiyi məlumata görə, bu günlərdə futbolçunun gələcək taleyinə aydınlıq gələcək.
Futbolçu paytaxt klubunda qalmağa maraqlıdır və danışıqları ilk növbədə “Bakı” ilə aparacaq. Əgər tərəflər razılığa gələ bilməsə, bu halda Ristoviç başqa Azərbaycan klubuna keçəcək. 25 yaşlı futbolçunun artıq bir neçə variantı var.
