5 dekabr 2013 11:00

Riçard Almeyda: Neftçi ilə oyunun Flavinyo ilə dostluğuma heç bir aidiyyatı yoxdu

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda azerisport.az saytına müsahibəsində ölkə kubokunun 1/8 finalında AZAL üzərində qələbədən (1:0) və futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək qarşıdakı oyundan danışıb.
 
- Premyer Liqada məğlub edə bilmədiyiniz AZAL üzərində qələbə barədə nə deyə bilərsiniz?
- Rəqib bizi yaxşı tanıdığı kimi, biz də rəqibə bələdik. Oyun üslubuna görə kobud komandadır. Aqressiv pressinqi sevirlər. Onlara qarşı oynamaq bizə çətindir. Ancaq bu görüşü udmaq üçün hər şey etdik.
 
- Qola qədər “Qarabağ” rəqib qapıları qarşısında ciddi vəziyyətlər əldə edə bilməmişdi. Görünür, sizdən fərqli, AZAL komandanızı daha yaxşı tanıyır. Bəs qovulma olmasaydı?
- Əgər komanda öz qapısı ağzında belə qapanırsa, təbii ki, belə müdafiəni keçmək həmişə çətindir. Belə oyunlarda bir vəziyyət belə kifayət edir. Biz bundan istifadə etdik və layiqli qələbə qazandıq.
 
- Kubokun növbəti mərhələsində komandanız “Qəbələ”yə qarşı oynayacaq.
- İlk növbədə bu mərhələdə belə çətin rəqibə baxmayaraq, dörddəbir finala keçdiyimizə şadam. Çətin olacaq, ancaq istənilən komandanı keçmək olar.
 
- “Neftçi”yə qarşı qarşıdakı oyun barədə nə deyə bilərsiniz?
- Hər iki komanda yarış cədvəlinin üst sırasında yer alıb və şəxsi görüşdə qələbəyə bərabər şansları var.
 
- Oyunqabağı bakılıların oyunçuları ilə söhbətləşməmisiniz?
- Onlarla dost münasibətim var. Ancaq bu oyunun, bu dostluğa heç bir aidiyyatı yoxdur.
 
- Bir dost kimi sizə qarşı oynayacaq Flavinyonun bağışlanmasına şadsınız?
- Mənim üçün problem yoxdur. Bizə qarşı kim olur, oynasın. O, öz komandası, mən öz komandam üçün oynayacağam.
 
- İlk dövrədə çox darıxdırıcı oyun və nəticə (0:0) vardı. Bu dəfə necə olacaq?
Hər şeyin necə alınacağını deyə bilmərəm. Bəlkə qol olmayacaq, bəlkə də qol yağışı olacaq.
 
- Son vaxtlar “Qarabağ”a qol vurmaq çətinləşib.
- Bizim belə problemimiz yoxdur. Sadəcə top hələ qapıya girmək istəmir. Ancaq bu, həmişə belə olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.