5 dekabr 2013 19:04
İstirahətsiz hazırlığa davam
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan” səddini aşdıqdan sonra "Rəvan"da bütün diqqətlər həftəsonu baş tutacaq Premyer Liqa oyununa yönəlib. Azerisport.az xəbər verir ki, komanda bazar günü, dekabrın 8-də AZAL-ın qonağı olacaq.
"AZAL Arena”da baş tutacaq görüşə böyük önəm verən "aslanlar" elə məhz bu səbəbdən kubok matçından sonra istirahətə ehtiyac duymayıb. Bu gündən "Rəvan” məhz AZAL ilə oyunun hazırlıqlarına başlayıb. "Bayıl Arena”da keçən məşq əsasən taktiki-texniki nüanslar üzərindəki çalışmalarla əlamətdar olub. Məşqçilər korpusunu sevindirən məqam da var. Belə ki, Elvin Həsənəliyev artıq komanda ilə məşqlərə başlayıb. Düzdü, o, hələ bütün məşq təmrinlərini yerinə yetirə bilmir. Bununla belə, ümumi qrup çalışmalarına qatılır. (klub saytı)
