5 dekabr 2013 18:11
Kançelskis Azərbaycanı dünya çempionatında rəqib görmək istəyir
Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Andrey Kançelskis komandası üçün DÇ-2014-ün püşkatma mərasimini ehtimal etməkdən imtina edib. Azerisport.az futbolçunun sözlərini diqqətinizə çatdırır.
“Mən heç fal açmaq istəmirəm. Püşk nə versə, elə də olsun. Ad çəkərəm, komandamız ona uduzar, hələ günah üstümdə də qalar. Ya əksinə. Əgər qoca Xottabıç olsaydım, dünya çempionatında rəqib qismində Azərbaycan, Ermənistan, Estoniyanı seçərdim.
