5 dekabr 2013 17:44
Aleksandr Çertoqanov: Qışda Sumqayıtı tərk edəcəyimi istisna etmirəm
“Sumqayıt”ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytına müsahibəsində komandasının son məğlubiyyəti, komandadaxili vəziyyət və mümkün klub dəyişikliyi haqda danışıb.
- Komandanız Azərbaycan Kubokunu erkən tərk etdi. “Bakı”nı məğlub etməyə nə mane oldu?
- Zəif komandaya məğlub olmadıq. 94-cü dəqiqədə qol buraxdıq (1:2). Qarşıdakı turda da “Bakı”ya qarşı evdə oynayacağıq və ümid edirəm ki, Kubokdakı məğlubiyyətin əvəzini çıxmaq mmkün olacaq.
- Kənardan elə təsəvvür yaranır ki, komandada vəziyyət heç də yaxşı deyil. Bu, həqiqətən də belədirmi?
- Yəqin ki bu təsəvvür nəticələrdən doğur. Demək istəyirəm ki, bizdə hər şey qaydasındadır. Əməkhaqqını vaxtında verirlər.
- Ancaq 30% endirimlə?
- Axı bu bir dəfə olub və hamı əvvəlcədən buna hazır idi. Ümid edirəm ki, daha belə sanksiyalar olmayacaq.
- Nə üçün “Sumqayıt”ın gənc oyunçuları komandadan getmək istəyir?
- Futbolçunun iddialı komandaya keçmək istəməsi elə də pis deyil. Burada əməkhaqqı yüksək deyil. Komanda sonuncu yerdədir. Axı mahiyyətcə “Sumqayıt”, gənc oyunçulara meydan vermək üçün yaradılmışdı.
- Bu vəziyyətdən necə çıxmaq istəyirsiniz?
- İndi bu ilin yerdə qalan son üç oyununu uğurlu keçirmək lazımdır. Sonra isə qışda komandada dəyişikliklər olacaq. Məşqçi qərargahı gücləndirmə yolları arayacaq.
- Məhz bu məşqçi qərargahı?
- Dəqiq deyə bilmərəm. Bu sualı klub prezidentinə versəniz yaxşı olar.
- Özünüz başqa komandaya keçmək istəmirsiniz?
- Hələ bu barədə düşünməmişəm. Daha üç oyun oynayaq, qərara gələcəyəm. Ümumilikdə isə mən klubumu dəyişə bilərəm. Görək hər şey necə alınır.
