5 dekabr 2013 16:22
Azərbaycan yığmasının Dubay toplanışında ilk rəqibi məlum oldu
Futbol üzrə Azərbaycan yığması 2014-cü ildə ilk oyununu Polşa yığmasına qarşı keçirəcək. Azerisport.az Polşa KİV-ə istinadən bildirir ki, görüş yanvarın 20-də Dubay və ya Əbu-Dabidə keçiriləcək.
Azərbaycan yığmasına bu oyunda kimin rəhbərlik edəcəyi isə, hələlik sual olaraq qalır.
