5 dekabr 2013 15:22
Mustafa Dənizli: Bir il yarıma altı milyon? Yalandır!
Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizli bir neçə sualı cavablayıb. Azerisport.az türk mütəxəssisin fikirlərini diqqətinizə çatdırır.
“Baxanda xoş təəssürat yaradan komanda yaratmaq istəyirik. Öz yetirmələrimi hələ ki yaxşı tanımıram. Ancaq özümü evdəki kimi hiss edirəm. Uyğunlaşma üçün vaxta ehtiyac yoxdur”, deyə Dənizli bildirib.
- Azərbaycan kubokunun 1/8 finalında “Neftçala” üzərində qələbəni necə qiymətləndirirsiniz?
- Birinci oyun hamı üçün vacib idi. Nəticədən razııyam.
- Hansı transferləri həyata keçirməyə hazırlaşırsınız?
- Əgər bunu etmək lazım gəlsə, oturub rəhbərliklə müzakirə edəcəyik. Heyəti gücləndirəcəyik. Əlbəttə, mən Türkiyə futbolunu izləyəcəyəm. Legionerlərdən Türkiyədən olan futbolçulara üstünlük verəcəyik. Sonra isə başqa ölkələrə göz gəzdirəcəyik. Həmçinin, uşaq futbolunu inkişaf etdirmək lazımdır. Axı komandada oyunçulardan birinin yaşı 21-i keçməməlidir.
- Sizə qədər “Xəzər Lənkəran”da üç türk mütəxəssis işləyib. Siz sayca komandanın on birinci baş məşqçisisiniz. Niyə belə mütəmadi məşqçi dəyişiklikləri olduğunu düşünmüşünüz?
- Türkiyədə daha çox olur. İşlədiyim yerlərdə iki ilə qədər qalmışam. Əksərən özüm getmişəm. Karyeram bardə narahat deyiləm. Burada mənə qədər hətta 15 mütəxəssis işləsəydi belə, qorxmazdım.
- Çempionluq uğrunda mübarizə üçün komandanıza nə qədər vaxt lazımdır?
- Böyük məqsədlər varsa, demək heyət və strategiya lazımdır. Mən komandaya mövsümün gedişində gəlmişəm. Bizdən yuxarıda olan komandalara çox uduzuruq. 18 turda əldən buraxılmışları qaytarmaq çətin olacaq. Ancaq, mümkündür. Oxşar hal karyeramda olub.
- Premyer Liqada komanda hansı pilləyə ümid edə bilər?
- Mənə ilk üçlüyə düşmək vacibdir. Hansı yeri tutacağımızı isə ehtimal etmək olar.
- Deyirlər ki, “Xəzər Lənkəran”la bir il yarımlıq müavilə altı milyon avro dəyərindədir.
- Bu, yalandır. Hətta Türkiyədə belə pullar vermirlər. Eşitdiyimə təəccübləndim.
- Müqavilə nə üçün bir il yarıma nəzərdə tutulub?
- Bu, normal müddətdir. Burada işləyə biləcəyim ən az müddətdir. Əgər hər şey yaxşı olsa, müqaviləni uzadacağıq.
- İndi “Xəzər Lənkəran”ın əsas məqsədi kubok olacaq?
- Əlbəttə, klubun yubiley ilində bu, bizə vacibdir. Mükafatlardan birini Lənkərana gətirməyə çalışacağıq. Kim bilir, bəlkə biz hələ çempion olacağıq? İlk mövsümdə kuboku qazanmağı çox istəyirəm. Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləyəcək.
- Köməkçilər haqda nə məlumdur?
- Klubun son oyunundan sonra qərar verəcəyik. Heç kim getməyəcək. Sadə, mövqelər dəyişəcək.
- Komandada hansı mövqeləri gücləndirmək istərdiniz?
- Mən bəzi şeyləri müəyyən etmişəm. Səhv etməmək üçün, tələsməyəcəyəm. Qarşıda hələ üç oyun var. Bundan sonra hər şeyi qərara alacağıq.
- Sizə qədər komandada Con Toşak işləyirdi. Onun niyə belə tez getdiyi ilə maraqlanmamısınız?
- Bunun üçün burada nəyin və necə işlədiyini bilmək gərəkdir. Mən türkəm və doğma ellərə gəlmişəm. Toşak isə Azərbaycan üçün əcnəbi idi. Mən isə yox. Bu əhəmiyətli amildir.
- Ləvənginin dadına baxmışınız?
- Mən hər gün Lənkəran mətbəxi dadıram.
- “Xəzər Lənkəran”ın əsas rəqibi “Neftçi” haqda nə düşünürsünüz?
- Böyük oyunlar tez-tez olub. Ancaq şəxsən mən bu derbinin inkişafında pay sahibi olmaq istərdim.
