5 dekabr 2013 14:41
Dənizli: Türk futbolçulara üstünlük verəcəyik
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizli komandasının transfer siyasəti haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, türk mütəxəssis bunları söyləyib:
“Heyəti gücləndirəcəyik. Əlbəttə, mən Türkiyə futbolunu izləyəcəyəm. Legionerlərdən Türkiyədən olan futbolçulara üstünlük verəcəyik. Sonra isə başqa ölkələrə göz gəzdirəcəyik”.
