5 dekabr 2013 14:33
Mustafa Dənizli: Ən yaxın məqsəd - Azərbaycan Kubokunda uğurdur
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizli özünün təyinatı müvafiq haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, türk mütəxəssis bunları söyləyib:
“Bu, mənim üçün yeni çağırışdır. Burada işləyəcəyimə şadam. Biz bir millət, iki dövlətik. Öz bilik və təcrübəmi bölüşmək, uşaq futbolunun inkişafına kömək olmaq istəyirəm.
Klubun fəxri prezidenti Mübariz Mənsimovu kifayət qədər çoxdan - “Beşiktaş”da işləyəndən tanıyıram. Biz kluba keçmiş şöhrətini qaytarmalıyıq. İmkan daxilində avrokuboklara çıxmaq və Azərbaycan kubokunda uğurlu oynamaq. Bu, bizim yaxın gələcəyə tapşırığımızdır”.
